Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü

26 December 2024

19:56

۴۵۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il məhərrəm ayının 12-i, miladi 2021-ci il avqustın 21-i bir nəqlə əsasən, həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü

Hicri-qəməri 1443-cü il məhərrəm ayının 12-i, miladi 2021-ci il avqustın 21-i bir nəqlə əsasən, həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür. Bu əzəmətli müsibət gününü ilk növbədə o Həzrətin əziz övladı həzrət Sahibuz-Zəmana (Allah-taala onun gəlişini tezləşdirsin), eləcə də Əhli-beyt (əleyhimussəlam) məktəbinin bütün davamçılarına və məhərrəm ayında matəm və əza saxlayan mömin bacı-qardaşlara böyük hüznlə təsəlli və başsağlığı deyirik. Ümid edirik möminlər Tasua və Aşurada olduğu kimi bu günün hörmətini saxlayacaq və layiqincə Peyğəmbər və Əhli-beytin (əleyhimussəlam) qəm-qüssəsinə şərik olacaqlar, inşa Allah.

Həzrət imam Səccad əleyhissəlamın dürəfşan hədislərindən:

مُجالَسَهُ الصَّالِحیِنَ داعِیَهٌ إلى الصَّلاحِ، وَ أَدَبُ الْعُلَماءِ زِیادَهٌ فِى الْعَقْلِ

“Saleh insanlarla oturub-durmaq insanı xeyir və savab işlərə çəkər, alimlərlə münasibət saxlamaq və həmsöhbət olmaq insanın şüurunun və dünyagörüşünün artımına səbəb olar.”[1]

Mənbə: 

1. Biharul-ənvar, cild-1, səh. 141, 30-cu hədisdən.

İltimas dua

Etiketlər :

Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü