Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti

26 December 2024

21:07

۳۷۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 50-ci il səfər ayının 7-si, miladi 2021-ci il sentyabrın 14-ü bəzi tarixi mənbələrin qeydinə əsasən, həzrət imam Həsən Müctəba əleyhissəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti

Hicri-qəməri 50-ci il səfər ayının 7-si, miladi 2021-ci il sentyabrın 14-ü bəzi tarixi mənbələrin qeydinə əsasən, həzrət imam Həsən Müctəba əleyhissəlamın şəhadət günüdür. Qəm-qüssə içində olduğumuz səfər ayında Əhli-beytin (əleyhimussəlam) kərim və hörmətli şəxsiyyəti ləqəbinə layiq görülmüş Peyğəmbər əkrəmin (sallallahu əleyhi və alih) böyük nəvəsinin şəhadət gününü öncə Peyğəmbərə və şərəfli Əhli-beytinə (əleyhimussəlam), xüsusən zamanın İlahi rəhbəri və məsum imamına həzrət Məhdiyə (Allah onun zühurunu tezləşdirsin), daha sonra dünyanın Quran və Əhli-beyt sevərlərinə, məxsusən, müsəlman millətimizə təsəlli və başsağlığı deyir və bütün mömin bacı-qardaşlara səadətli həyatı, mənəvi məqamlara yiyələnməyi və Allah-taalanın razılığını əldə etməyi arzulayırıq.

Həzrət imam Həsən Muctəbanın gövhərbar kəlamlarından

وَ عَنِ اَلْحَسَنِ بْنِ عَلِيٍّ عَلَيْهِ السَّلاَمُ 

أَنَّهُ دَعَا بَنِيهِ وَ بَنِي أَخِيهِ فَقَالَ إِنَّكُمْ صِغَارُ قَوْمٍ وَ يُوشِكُ أَنْ تَكُونُوا كِبَارَ قَوْمٍ آخَرِينَ فَتَعَلَّمُوا اَلْعِلْمَ فَمَنْ لم يَسْتَطِعْ مِنْكُمْ أَنْ يَحْفَظَهُ فَلْيَكْتُبْهُ وَ لْيَضَعْهُ فِي بَيْتِهِ

“Həzrət imam Həsən Müctəba əleyhissəlam özü və imam Huseyn əleyhissəlamın övladlarına buyurur: Siz bu nəslin kiçik yaşlılarısız və ümid olunur digər bir nəslin böyükləri və şəxsiyyətləri olasız. Odur ki, elmə yiyələnin! Əgər kimsə elmi hafizəsində saxlaya bilmirsə, mütləq onu yazıb evində saxlasın.”

Mənbə: Biharul-ənvar, cild-2, səh. 152

İltimas dua




Etiketlər :

Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti