Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
22 December 2024
16:09
۲۹۳
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri 1443-cı il cumadil-ula
ayının 5-i, miladi 2021-ci il dekabrın 10-u həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında,
vilayət bağının ilk nərgizi həzrət Zeynəbi-Kubra (əleyhasalam), iman və təqva,
elm və mərifət, səbir və səbat və digər insani fəzilətlərlə tamamlanmış, kamil
bir insanın təvəllüd günüdür. O, bütün dünya qadınları arasında nümunədir və hər
yerdə səbir, dözüm və dəyanət mənaları gəlsə, bu böyük şəxsiyyətin adı ilk
olaraq zehinlərdə hallanır.
Əhli-Beyt əleyhimussəlam üçün böyük sevinc və şadlıq günü olan bu gözəl
gün münasibəti ilə öz İlahi vəzifələrini səbir və mətanətlə yerinə yetirməkdə
böyük Kərbəla Xanımına iqtida edən bütün mömin bacı və qardaşlara səmimi təbrikləri
təqdim edirik.
Zeynəb adı atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız
öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və Əhli-Beytin (əleyhimussəlam) fəxri
oldu. Odur ki, Zeynəb adı həzrət Əlinin (əleyhissəlam) qızının fədakarlığı sayəsində
həmişə gözəl, müqəddəs və əbədidir. Vilayət bağının nərgizinə ad qoyma mərasimi
haqda tarixdə belə oxuyuruq:
Zeynəbi-Kubra (əleyhasəlam) dünyaya gəldikdə həzrət Peyğəmbər (sallallahu
əleyhi və alih) səfərdə olduğundan xanım Fatimə (əleyhasəlam) həzrət Əlidən (əleyhissəlam)
uşağa ad qoymasını istədi. Əmirəl-möminin (əleyhissəlam) buyurdu: Mən atandan
qabağa keçmərəm. Səbir edək Peyğəmbər (sallallahu əleyhi və alih) səfərdən gəlsin.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və
alih) səfərdən qayıtdıqdan sonra Əli (əleyhissəlam) uşağın doğum xəbərini Peyğəmbərə
(sallallahu əleyhi və alih) çatdırıb, ondan uşağa ad qoymasını xahiş etdi. Peyğəmbər
(sallallahu əleyhi və alih) buyurdu: Fatimənin (əleyhasəlam) övladları mənim
övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.
Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah-təala buyurur: Bu
qızın adını Zeynəb qoy! Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər
(sallallahu əleyhi və alih) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu
qıza hörmət etsin. Çünki o, Xədiceyi-Kubranın (əleyhasəlam) bənzəridir.
Yəni həzrət Xədicənin (əleyhasəlam) fədakarlıqları kimi, Zeynəbi-Kubranın
(əleyhasəlam) Allah yolunda dəyanət, səbir, şücaət və mübarizəsi də İslamın əbədiliyi
üçün xüsusi əhəmiyyət kəsb edir.
Dualarınızda möminləri unutmayın...