Həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadəti
26 December 2024
06:47
۲۹۷
Xəbərin xülasəsi :
Bismillahir-Rahmənir-Rahim
Həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadəti
Hicri-qəməri 1443-cü il, rəcəb ayının 3-ü, miladi 2022-ci il fevralın 5-i məşhur nəzərə əsasən, həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadət günüdür. Bu böyük əza gününü o həzrətin əziz nəvəsi həzrət imam Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin) təsəlli deyir və Əhli-Beyt əleyhimussəlamın həqiqi şiələrinə, eləcə də bütün haqsevən insanlara başsağlığı veririk. Ümid edirik Əhli-beyt məktəbinin davamçıları o həzrətin ziyarətindən məhrum qalmasınlar və bu şəhadət günündə hüzn-kədərləri ilə Peyğəmbər və Ali Peyğəmbərə (sallallahu əleyhi və alih) təsəlli olsunlar, inşa Allah.
Həzrət Hadi əleyhissəlamdan bir hədisdə deyilir:
اِذَا کَانَ زَمانُ العَدلِ فیهِ أَغلَبَ مِنَ الجَورِ فَحَرامٌ أَن یَظُنَّ بِاَحَدٍ سُوءً حَتّی یَعلَمَ ذالِکَ مِنهُ و اِذَا کَانَ زَمانُ الجَورِ أَغلَبَ فیهِ مِنَ العَدلِ فَلَیسَ لِأَحَدٍ أَن یَظُنَّ بِاَحَدٍ خَیراً ما لَم یَعلَم ذالِکَ منهُ
“Hər zaman cəmiyyətdə zülm və sitəmdən daha çox ədalətə əməl edilsə, camaata bədgüman olmaq haramdır, məgər birisinin pisliyinə və haqsızlığına yəqin edilsin. Amma hər zaman cəmiyyətdə zülm və cəfa, ədalətdən daha çox və artıq olsa, camaatın xeyirxahlığı və yaxşılığına ümid bəsləmək düzgün deyil, məgər bir şəxsin yaxşılığı və xeyirxahlığına yəqin və elm hasil olsun.”
Mənbə: “Mustədrəkul-vəsail, cild-9, səh. 146