Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü
26 December 2024
07:13
۲۸۷
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdüHicri-qəməri
1443-cü il rəcəb ayının 10-u, miladi 2022-ci il fevralın 12-i imamət və vilayət
səmasının doqquzuncu parlaq günəşi, “Babul-həvaic” həzrət imam Muhəmməd Təqi əleyhissəlamın
mübarək təvəllüd günüdür. Bu əziz və bərəkətli gün münasibətilə ilk növbədə ağamız
həzrət imam Sahib-Zamana (Allah onun zühurunu tezləşdirsin) və Əhli-Beyt
əleyhimussəlama, daha sonra dünya müsəlmanlarına və xüsusən xalqımızın mömin
bacı-qardaşlarına təbrik və gözünüz aydın olsun deyirik!
Doqquzuncu
imamın adı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuşdur. Hicrətin
yüz doxsan beşinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.[1] İmam Rza
əleyhissəlamın ailəsində, eləcə də şiələr arasında imam Cavad (əleyhissəlam)
xeyir-bərəkətli uşaq adlanmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: “Bir gün
İmam Rza əleyhissəlamın yanında idim. Bu vaxt, Həzrətin azyaşlı uşağı Cavad
(əleyhissəlam) bizim yanımıza gəldi. İmam Rza (əleyhissəlam) buyurdu ki,
şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”[2]
Həzrət imam Muhəmmədtəqi əleyhissəlamdan bir hədis:
یَا
أَبَا الْقَاسِمِ إِنَّ الْقَائِمَ مِنَّا هُوَ الْمَهْدِیُّ الَّذِی یَجِبُ أَنْ یُنْتَظَرَ
فِی غَیْبَتِهِ وَ یُطَاعَ فِی ظُهُورِهِ وَ هُوَ الثَّالِثُ مِنْ وُلْدِی
Həzrət imam Muhəmməd Təqi əleyhissəlam cənab Əbduləzim
Həsəniyə (əleyhissəlam) xitab edərək buyurdu:
“Ey Əbulqasim! Həqiqətən, bizdən
(Əhli-beytdən son imam) olan “Qaim” o Məhdidir ki, qeybdə ikən intizarında
olmaq və zühur edərkən itaətində olmaq vacibdir. O, mənim övladlarımdan
üçüncüsüdür.”[3]
--------------------------
Mənbə:
[2]Əl-İrşad, səh. 319
[3] Biharul-ənvar, cild-54, səh. 156