Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu
26 December 2024
08:10
۲۶۴
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri
1443-cü il rəcəb ayının 13-ü, miladi 2022-ci il, fevral ayının 15-i, Allahın
sevimlisi, Peyğəmbərin (sallallahu əleyhi və alih) bərhəqq canişini, vəsilərin
seyyidi, elmin şəhəri, dinin qoruqçusu, siddiqe əkbər, faruqe əzəm, müvəhhidlərin
mövlası, müttəqilərin imamı, ədalət və düzgünlük rəmzi həzrət Əmirəl-möminin Əli ibn Əbi talib əleyhissəlamın mövlud günüdür.
Bu əzəmətli
və şərəfli münasibətlə ilk növbədə Allah-təalanın sonuncu hüccəti həzrət imam
Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin) və Əhli-beyt əleyhimussəlama, daha
sonra bütün ədalətsevər millətlərə, xüsusən, azəri xalqımızın əziz mömin
bacı-qardaşlarına təbrik və gözünüz aydın olsun deyirik
Arzu
edirik Allah-təala bütün möminlərə həzrət Əlini (əleyhissəlam) sevənlər
sırasında yer versin və qəlbimizdə Əhli-beytin (əleyhimussəlam) məhəbbətini günü-gündən
artıq etsin, inşa Allah. Amin ya Rəbbəl-aləmin!
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Əmirul-möminin (əleyhissəlam) barəsində buyurur:
وَلَوْ لا اَنْتَ يا عَلِيُّ
لَمْ يُعْرَفِ الْمُؤْمِنُونَ بَعْدي
“Ey Əli! Əgər sən olmasaydın məndən sonra möminlər
tanınmazdılar, çünki mömin şəxsin qeyri-mömindən seçilməsi üçün meyar olmazdı.”[1]
Mənbə: Biharul-ənvar, cild-9, səh. 537