Həzrət imam Huseyn əleyhissəlamın təvəllüdü
25 December 2024
19:20
۲۷۶
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1443-cü il şəban ayının 3-ü, miladi 2022-ci il mart ayının 6-ı imamət və vilayət səmasının üçüncü parlaq ulduzu, Cənnət cavanlarının sərvəri, Ali-əbanın beşincisi, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlamın mövlud günüdür. Bu fərəh və şadlıq münasibətilə ilk olaraq həzrət Hüccət ibn Həsən Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin), sonra bütün Əhli-beyt (əleyhimussəlam) sevənlərinə və aşiqlərinə saysız-hesabsız təbriklər deyir və məhəbbət dolu sevinclər çatdırıram.
Həzrət imam Huseyn əleyhissəlamın dürəfşan kəlamlarından:
»اَيّهَا النّاسُ! إِنّ اللّهَ جَلّ ذِكْرُهُ مَا خَلَقَ الْعِبَادَ إِلاّ لِيَعْرِفُوهُ، فَإِذَا عَرَفُوهُ عَبَدُوهُ فَإِذَا عَبَدُوهُ اسْتَغْنَوْا بِعِبَادَتِهِ عَنْ عِبَادَةِ مَا سِوَاهُ«
Həzrət imam Huseyn əleyhissəlam buyurdu:
“Ey camaat! Həqiqətən, Allah-taala insanları Onu tanımaqdan ötrü xəlq etmişdir. Əgər Onu tanısalar, Ona ibadət də edəcəklər. İbadət və pərəstiş etdikləri halda, qeyrisinə pərəstiş etməyə ehtiyac duymayacaqlar.”
Mənbə: Biharul-ənvar, cild-5, səh. 312