Ramazan ayının altıncı gününün duasının qısa izahı
25 December 2024
19:23
۲۴۱
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının altıncı gününün duasının qısa izahı
“اللَّهُمَّ لا تَخْذُلْنِي فِيهِ لِتَعَرُّضِ مَعْصِيَتِكَ وَ لا تَضْرِبْنِي بِسِيَاطِ نَقِمَتِكَ وَ زَحْزِحْنِي فِيهِ مِنْ مُوجِبَاتِ سَخَطِكَ بِمَنِّكَ وَ أَيَادِيكَ يَا مُنْتَهَى رَغْبَةِ الرَّاغِبِينَ”
“Əllahummə la təxzulni fihi litəərruzi mə`siyətik və la təzribni bisiyati nəqimətik və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadikə, ya muntəha rəğbətir-rağibin.”
“İlahi, məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə; qəzəb şallaqları ilə məni cəzalandırma; məni bu gün Öz minnət və qüdrətinlə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu.”
Duada işlənən əsas kəlmələr və ifadələr:
Məsiyət və günah; Qəzəb və İlahi qeyz; Arzu edənlərin son arzusuDuadan istifadə olunan sifariş və peyğamlar:
1-Günahlar üç qismə bölünür; 1-Etiqad və əqidə günahları, şirk kimi; 2-qəlbin günahları, riya kimi; 3-Əməli günahlar, qeybət və qətl kimi;
2-Allah-taala müqəddəs Quranda buyurur: İnsanın giriftar olduğu hər bir çətinliyin və müsibətin səbəbi onun etdiyi öz əməlləridir; (Şura surəsi, ayə 30)
3-Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurur: “Allah ilə munacat etməyə mane olan və gecə namazını qılmaqdan məhrum edən amil günahdır;” (Biharul-Ənvar, cild-70, səh. 366, bab-138)
4- Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurur: “Günahlardan uzaq olun, çünki günah yaxşılıqları aradan aparır; (Həmin mənbə)
5-Qurani-Kərim Allahın seçilmiş bəndələrinin xüsusiyyətlərindən birini İlahi qəzəbdən və qeyzdən xovf edib, qorxmaq sanır; (Furqan surəsi, ayə 65)
6-Həqiqi mömin
Allahın günaha nisbət qəzəbini dərk etdiyi üçün heç vaxt günaha yaxın olmaz;
Dualarınızda möminləri unutmayın