Həzrət Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanatı

27 December 2024

12:51

۲۳۵

Xəbərin xülasəsi :
Mübarək ramazan ayının fəziləti haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanatı
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Xəbərin xülasəsi:

Mübarək ramazan ayının fəziləti haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanatı 
(ardı)
Bəzən vaxtlar soruşulur ki, bütün aylar Allah-taalaya aiddir, bütün saatlar və anlar Allaha aiddir, nə üçün Peyğəmbərdən (sallallahu əleyhi və alih) çatan hədisdə deyildiyi kimi “Allahın ayı” –deyə, Allah-taalaya nisbət verilir? Görəsən, bu nisbət verilmə şərafətli olmaq mənasınadır, ya onda bir incəlik vardır?

Bu təbir: شهرٌ دعیتم فیه إلی ضیافة الله» , həm bu nisbət verilmək üçün bir dəlildir ki, ramazan ayında Allah-taalanın xüsusi bir dəvəti və ziyafəti vardır. Həmişə insanları mələkləri vasitəsilə dəvət edən Allah, məsələn, rəcəb ayında bir mələyi vəkil edir ta ki hər gecə fəryad edir ki, hər kimin hacəti vardır və onun yerinə yetməsini istəyir, kimin hacəti vardır ki, onu icabət edim? Bütün günlərdə belədir, amma ramazan ayındakı dəvət xüsusi bir dəvətdir. Xüsusi bir ziyafət olduğu üçün bu ay Allahın ayı sayılır.

جعلتم فیه من اهل کرامة الله» « Siz bu ayda Allahın kəramət əhli olusunuz. Yəni digər aylarda Allah insana baxır, əgər kəramətli olmağa qabiliyyəti vardır, ya yox? Əgər olsa, ona inayət edəcəkdir və əgər qabiliyyəti olmasa, verməyəcək! Amma ramazan ayında buyurur ki, Öz kəramətimi sizə tərəf yağdırıram.

Bu iki mətləbi bir-birinin kənarında qoyduqda, xüsusən də şəban ayının axırıncı cüməsində Peyğəmbərin buyurduğu təbirində: نومکم فیه عبادة» -çox aydın bir nəticə əldə edirik; Ramazan ayı elə bir aydır ki, Allahın inayəti anbaan, gecə və gündüz, oruv halında, ya qeyri oruc halında bəşərin üzərinə axılır. Şeytanın əl və ayağının zəncirlənməsi buna görədir ki, Allah anbaan bəşərə inayət buyurur. Elə bir an yoxdur ki, insan Allahın rəhmət, bərəkət, lütf və inayətindən uzaq olsun.

İbadətlə, Quranın qiraəti ilə, Allah-taalanın haqqında təfəkkür etməklə, necə ki, buyurur: «افضل العبادة التفکر فی ذات الله», Allaha ibadət etməyin ən bariz nümunəsindən olan həmin bu dərs və bəhs ilə əziz ramazan ayının qədrini bilək.

Çox diqqətli olun və ramazan ayından tam faydalanın, Allah rəhmət etsin İmam Xomeyniyə (Allah ondan razı olsun) ramazan ayı haqda elə bir təbirləri vardır ki, Məsum imamların hədislərindən sonra heç bir kəsin kəlamında tapa bilməzsiz! Buyurur, bu ziyafətin şərti odur ki, qonaq ancaq ev sahibinə diqqət yetirsin və ondan başqasının vücudunu belə qəbul etməsin. Ancaq Allaha təvəccöh edin! Əlbəttə, çox çətindir.

Əgər bu qonaqlığın yüksək mərtəbələrini dərk etmək istəyirsənsə, Allahdan qeyrisinə fikirləşmə. Bu ziyafətdə Allahdan istəyək ibadətlərimiz düzgün olsun, namazımız düz olsun, zehnimiz bulanıqlardan təmiz olsun, bu ay təhur və paklıq ayıdır. Ayın əvvəlində hesab edək daxilimiz nə qədər aludə olubdur, ayın sonunda da baxaq görək bu ziyafətin bərəkətinə o aludəliklərdən nə qədər azalda bilmişik. Məbada, bu ayda nafilələrdən qəflət edək, məxsusən gecə nafiləsindən. Görürsünüz ki, ömürlər nə qədər qısalıb, məlum deyil bu ramazan ayının sonuna qədər qalaq, ya yox. O ki, qalsın gələn ilin ramazan ayına.
Tam ali sənədli bir hədisdə bir şəxs imam Sadiq əleyhissəlamdan soruşur ki, «ما الذی یباعد عنا الشيطان؟» -Şeytanı bizdən uzaqlaşdıran nədir?
Bu mətləbə oxşarı Peyğəmbər Əkrəmdən (sallallahu əleyhi və alih) də nəql olunub, necə ki, buyurur: «ألا أخبرکم بشیء إن أنتم فعلتموه تباعد الشیطان منکم کما تباعد المشرق من المغرب» -İstəyirsizmi, sizə elə bir xəəbər verim ki, əgər onu etsəniz, məşriq məğribdən uzaq olan kimi şeytan da sizdən uzaq olar?

Bu çox əhəmiyyətli bir məsələdir, belə ki, buyurur: الصوم یسودّ وجهه» -oruc şeytanın surətin qaraldır, yəni ümidini sizdən üzər, «و الصدقة تکسر ظهره» -Sədəqə, məxsusən mübarək ramazan ayında şeytanın belini qırar, «و الحب في الله و الموازرة علی العمل الصالح یقطعان دابرة» -Allah yolunda məhəbbət və saleh əməli yerinə yetirməkdə iradəli olmaq isə şeytanı öldürər, «و الاستغفار یقطع وتينه» -İstiğfar, şeytanın qəlbini damarını qət edər. (Vəsailuş-şiə, cild-10, səh. 396 və 405) Ona görə, mübarək ramazan ayında dua etməyə çox tövsiyə eddilibdir.

Ümid edirəm bu mübarək ramazan ayı ömrümüzün ən çox bərəkətli ramazan ayı olsun, Allah-taala hicabları bizdən çəksin, qəlblərimizi bəndəliyə daha artıq hazırlasın, ibadətin şirinliyini daha çox duyaq, dünya sevgisini qəlbimizdən çıxarsın, bu mübarək ramazan ayında və Qədr gecəsində Özünün ən yaxşı bəndələri üçün təyin etdiklərini hamımıza müqəddər buyursun.

والسلام علیکم و رحمة الله و برکاته


Etiketlər :

Mübarək ramazan ayının fəziləti haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanatı