Ramazan ayının on yeddinci gününün duasının qısa izahı
30 March 2025
17:22
۲۸۱
Xəbərin xülasəsi :
-
Həzrət Əmirəl-möminin əleyhissəlamın Fitr bayramı xütbəsi
-
Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
-
Ramazan ayının axırıncı gecəsinin əməlləri
-
Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı
-
Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
-
İyirmi yeddinci gecəsinin əməlləri
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının on yeddinci gününün duasının qısa izahı
اللَّهُمَّ اهْدِنِي فِيهِ لِصَالِحِ الْأَعْمَالِ وَ اقْضِ لِي فِيهِ الْحَوَائِجَ وَ الْآمَالَ يَا مَنْ لا يَحْتَاجُ إِلَى التَّفْسِيرِ وَ السُّؤَالِ يَا عَالِما بِمَا فِي صُدُورِ الْعَالَمِينَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ
Əllahumməhdini fihi lisalihəl ə`mal, vəqzi li fihil həvaicə vəl amal, ya mən la yəhtacu ilət-təfsiri vəs-sual, ya alimən bima fi suduril aləmin, salli əla Muhəmmədin və alihit tahirin.
“İlahi! Bu gün məni saleh əməllərə yönəlt və mənim bütün arzu və hacətlərimi həyata keçir; Ey, sual və şərhə ehtiyacı olmayan Allah! Ey aləmlərin (xəlqin) qəlbində olanları bilən! Muhəmməd və onun pak Əhli-beytinə salam və salavat göndər!”
Duanın əsas kəlmə və ifadələri:
Saleh əməl; Allahdan hacət istəmək; Şərh və təfsirə ehtiyacı olmayan; Qəlblərdən xəbərdar; Salavat.
Duanın möminlərə tövsiyə və çağırışı:
1-Allah-taala Qurani-Kərimdə möminlərə vədə veribdir ki, saleh əməl etsələr, onların dualarını qəbul edəcək; (Şura surəsi, ayə 26)
Saleh əməllərimizi on dörd Məsuma (əleyhimussəlam) hədiyyə etsək, Axirətdə o pak insanlarla birgə olacağıq; (Əl-Kafi, cild-2, səh. 118)
2-Allah-taala Öz izzət və cəlalına and içibdir ki, hər kəs Ondan qeyrisindən hacət diləsə, onu xar edəcəkdir; (Əl-Kafi, cild-2, səh. 66)
3-Allah-taala duanı icabət etmək üçün hacətimizdən sual, ya şərh istəməyə ehtiyacı yoxdur;
4-Hacətlərin icabəti üçün Ona təzim etməli və Ondan diləçəliyik;
5-Həzrət Kazim əleyhissəlam: “Mizanda Muhəmməd və Ali Muhəmmədə salavat göndərməkdən ağır və dəyərli əməl yoxdur.” – “Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd” (Əl-Kafi, cild-2, səh. 494, hədis-15)
İlahi! Saleh əməllərə möminlərin rəğbətini artır; Quran və Əhli-Beyti (əleyhimussəlam) daimən onların qəlbində yaşat; dua və hacətlərini qəbul et; gecə-gündüz Sənin Peyğəmbərin (sallallahu aleyhi və alih) və onun pak Əhli-Beytinə (əleyhimussəlam) salam və salavat göndərmələrinə müvəffəq et; Amin, ya Rabbil aləmin!