Ramazan ayının iyirmi ikinci gününün duasının qısa izahı
02 April 2025
23:31
۲۶۹
Xəbərin xülasəsi :
-
Mübarək Fitr bayramı
-
Həzrət Əmirəl-möminin əleyhissəlamın Fitr bayramı xütbəsi
-
Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
-
Ramazan ayının axırıncı gecəsinin əməlləri
-
Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı
-
Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının iyirmi ikinci gününün duasının qısa izahı
اللَّهُمَّ افْتَحْ لِي فِيهِ أَبْوَابَ فَضْلِكَ وَ أَنْزِلْ عَلَيَّ فِيهِ بَرَكَاتِكَ وَ وَفِّقْنِي فِيهِ لِمُوجِبَاتِ مَرْضَاتِكَ وَ أَسْكِنِّي فِيهِ بُحْبُوحَاتِ جَنَّاتِكَ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ
“Əllahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə, ya mucibə də`vətil muztərrin.”
Duanın əsas kəlmələri və ifadələri:
İlahi fəzilət; Ramazan ayının bərəkətləri; Allahın razılığına səbəb olan əməllər; Cənnətin ən gözəl yeri; Pərişan və çarəsiz olanlar.
1-Qurani-Kərimin ayələrindən ələ gəlir ki, İlahi göstərişlərə itaət edənlərin üzərinə Allahın inayət və fəziləti kölgə salar; (Nisa surəsi, ayə 69-70)
2-Bu əzəmətli ayın bərəkəti haqda elə bunu demək bəs edər ki, oruc tutan şəxsin hətta yuxusu və nəfəs çəkməsi belə, zikr demək həddində ibadət sayılır; (Biharul-Ənvar, cild-96, səh. 357)
3-Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih): Xalqın razılığına görə Allahı qəzəbləndirən insan Allahın razılığını satmış və Onun inayətindən uzaq olmuşdur; (İrşadul-qulub, cild-1, səh. 179)
4-Əmirəl-möminin (əleyhissəlam): Günahı tərk etmək hər nə qədər çətin olsa, Allah qəzəbinin əzabına dözmək qədər çətin olmaz; (Ğurərul-hikəmin təsnifi, səh. 187)
5-Həqiqətən pərişan və çarəsiz qaldıqda Allahdan başqa kim insanın köməyinə çata bilər? (Zumər surəsi, ayə 8)
Pərvərdigara! Möminləri bu ayın fəzilət və bərəkətindən faydalandır; Onlara Behiştin ən gözəl guşəsində yer ver; Möminlərin günahlarını bu əzəmətli ayda pak və əfv et; pərişan və çarəsiz hallarında rəhmət və inayətini onlara nazil buyur; Amin, Rəbbəl aləmin!