Həzrət Cəfər ibn Muhəmməd Sadiqin (əleyhissəlam) şəhadəti
16 May 2025
16:33
۲۷۸
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Cəfər ibn Muhəmməd Sadiqin (əleyhissəlam) şəhadət günü
Hicri-qəməri 1443-cü il şəvval ayının 25-i, miladi 2022-ci il mayın 27-i imamət və xilafət səmasının parlaq ulduzu, Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı, İslamın haqq məzhəbinin banisi həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın ürəkyandırıcı şəhadətinin ildönümüdür. Bu əzəmətli və qüssəli müsibəti ilk növbədə zamanın imamı və əsrin mövlası həzrət Hüccət ibn Həsənə (Allah onun zühurunu tezləşdirsin) təsəlli verir, həmçinin bütün möminlərə, xüsusən dəyərli azəri xalqına başsağlığı deyirik. Ümidvarıq əziz möminlər həzrət Sadiq əleyhimussəlamın təlim və tərbiyə məktəbindən kifayət qədər bəhrələnərək Allah-taalaya layiqli ibadət və itaət etməyə nail olacaqlar, İnşa Allah!
Həzrət Sadiq əleyhissəlam buyurmuşdur:
عَنْ أَبِي عَبْدِ اَللَّهِ عَلَيْهِ اَلسَّلاَمُ قَالَ: ثَلاَثٌ مِنْ عَلاَمَاتِ اَلْمُؤْمِنِ عِلْمُهُ بِاللَّهِ وَ مَنْ يُحِبُّ وَ مَنْ يُبْغِضُ
“Üç xüsusiyyət möminlik əlamətindəndir: Allah-taalanı tanımaq, Allah yanında sevimli insanları tanımaq və Allah yolunda kimlərlə düşmənçilik etməyi bilmək” (yəni Allah tərəfindən haqq olan imamı və onun düşmənlərini tanımaq).
Mənbə: Əl-Kafi, cild-3, səh. 192