Həzrət imam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti
16 April 2025
12:01
۳۱۳
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Muhəmməd Təqi əleyhissəlamın
şəhadəti
Hicri-qəməri
1443-cü il zil-qəədə ayının sonu, miladi tarixi 2022-ci il iyun ayının 30-u
imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu həzrət İmam Muhəmməd Təqi
əleyhissəlamın şəhadət günüdür. Bu qəmli və qüssəli gün münasibəti ilə ilk
növbədə Əhli-Beyt əleyhimussəlama və Ağamız Vəliyyi-Əsr həzrət Sahib əz-Zamana (Allah
onun müqəddəs zühurunu tezləşdirsin), sonra bütün dünya müsəlmanlarına və Peyğəmbər
xanədanının (sallallahu əleyhi və alih) davamçılarına, xüsusən xalqımızın mömin
və əzadar təbəqəsinə təsəlli və başsağlığı deyirik!
Həzrət
Cavad əleyhissəlamın gövhərbar kəlamında
“Hər kəs pis və
qəbahətli bir işi bəyənib, ondan razı olduğunu bildirsə, həmin işin cəzasında
şərikdir.”[1]
(Yəni necə ki, o işin edəninə cəza veriləcək, o işə hüsni-nəzəri olub, ondan
razılıq edən insana da eyni cəza təyin ediləcək.)
[1] Kəşful-ğummə fi mərifətil-əimmə (əleyhimussəlam), cild-2, səh. 349