Həzrət imam Hadi əleyhissəlamın təvəllüdü
17 May 2025
00:09
۳۵۰
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Hadi əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1443-cü il zul-hiccə
ayının 15-i, miladi 2022-ci il iyulun 15-i imamət və vilayət səmasının onuncu
parlaq ulduzu həzrət imam Əli ibn Muhəmməd Hadinin (əleyhiməssəlam) təvəllüd günüdür.
Bu sevimli, fərəhli və şərəfli günün münasibətilə Əhli-beyt əleyhimussəlama,
xüsusən o Həzrətin əziz nəvəsi həzrət imam Sahib əz-Zamana (Allah onun zühurunu
tezləşdirsin) təbrik və sevinc hisslərimizi bildirir, həmçinin bütün müsəlmanlara,
məxsusən Əhli-beyt (əleyhimussəlam) sevərlərinə gözünüz aydın və mübarək olsun
deyirik. Ümid edirik Allah-təala mömin bacı-qardaşların müqəddəs Qurana, həzrət
Peyğəmbərə (sallallahu əleyhi və alih) və Əhli-beytinə (əleyhimussəlam) məhəbbətli
və itaətkar olmaları naminə onlara həyatda böyük nailiyyətlər və layiqli məqamlar
nəsib etsin, inşa Allah.
Həzrət imam Hadi əleyhissəlamın
dürəfşan kəlamlarından
یَاْتى عَلماءُ شیعَتِنا الْقَوّامُونَ بِضُعَفاءِ
مُحِبّینا وَأهْلِ وِلایَتِنا یَوْمَ الْقِیامَةِ، وَالاْنْوارُ تَسْطَعُ مِنْ
تیجانِهِمْ
"Bizim dostlarımızın və vilayətimizi qəbul edənlərin fəryadına çatan və onların çətinliklərini aradan aparan şiələrimizin alimləri Qiyamət günü başlarında parlaq tac və vücudlarından nur saçan halda məhşərə gələcəklər."
Mənbə: Biharul-ənvar, cild-2, səh. 6, hədis 13