Həzrət imam Zeynəl-abidin əleyhissəlamın şəhadəti
18 April 2025
17:29
۳۰۹
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Kərbəla inqilabının carçısı
Hicri-qəməri 1444-cü il məhərrəm ayının 25-i, miladi 2022 –ci il avqustun 23-ü bəzi rəvayətlərə əsasən, imamət səmasının dördüncü parlaq ulduzu həzrət imam Seyyidus-sacidin, Zeynul- abidin, İmamus-salehin həzrət Əli ibn Huseyn əleyhissəlamın şəhadət tarixidir. Bu böyük və qəmli müsibəti ilk öncə həzrət Sahib əz-Zaman əleyhissəlama, sonra da bütün şiələrə təsəlli və başsağlığı deyirik.
Həzrət imam Səccad əleyhissəlamın dürəfşan hədislərindən:
الّلهُم إِن یَکُنِ النَدمُ تَوبَةٌ إِلَیکَ فَأَنا أَندَمُ النَّادِمِین، و إِن یَکُنِ التَّرکُ لِمَعصِیَتِکَ إِنابَةٌ فَأَنا أَوَّلُ المُنیبین، و إِن یَکُنِ الِاستِغفَارُ حطَّةٌ لِلذُّنُوبِ فَإِنِّی لَکَ مِنَ المُستَغفِرِین
“Ey Allahım! Əgər Sənin dərgahına üz tutub pis əməllərdən tövbə etmək peşmanlıqdırsa, mən peşman olanların ən peşmanıyam, əgər Sənin buyurduğun günahları tərk etmək Sənə tərəf qayıtmaqdırsa, mən birinci tövbə edib Sənə tərəf qayıdanlardanam, əgər istiğfar edib bağışlanmaq istəmək günahların təmizlənməsi səbəbidirsə, Sənin dərgahında günahlarından bağışlnmaq istəyənlərdənəm.”
Mənbə: Səhifəyi-Səccadiyyə əleyhissəlam.