Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı

24 December 2024

06:09

۲۲۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-ci il rəbius-sani ayının 10-u və miladi 2022-ci il noyabrın 5-i Əhli-beytin cəlalətli və kəramətli xanımı imam Musa ibn Cəfər əleyhiməssəlamın sevimli qızı və imam Əli ibn Musa Rza əleyhiməssəlamın əziz bacısı həzrət Fatimei-Məsumə əleyhasəlamın vəfat günüdür
آخرین رویداد ها

Bismilləhir Rahmənir Rahim

Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı

Hicri-qəməri 1444-ci il rəbius-sani ayının 10-u və miladi 2022-ci il noyabrın 5-i Əhli-beytin cəlalətli və kəramətli xanımı imam Musa ibn Cəfər əleyhiməssəlamın sevimli qızı və imam Əli ibn Musa Rza əleyhiməssəlamın əziz bacısı həzrət Fatimei-Məsumə əleyhasəlamın vəfat günüdür. Bu qəmli-qüssəli hadisəni həzrət Vəliyyi-Əsr imam Zamana (Allah onun gəlişini tezlədirsin) və bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə təsəlli və başsağlığı deyirik.

Həzrət Fatimei-Məsumə əleyhasəlam hicrətin 173-cü ilində zil-qədə ayında Mədinə şəhərində anadan olmuşdur. O xanımın anası cəlalətli və şərafətli bir qadın olan Nəcmə xanımdır. Bu qadın son dərəcə təqvalı və elmli qadın idi və Fatimei-Məsumə əleyhasəlamın elm, təqva və mərifət kəsb etməsində böyük zəhməti olmuşdur...

 Həzrət Fatiməi-Məsumənin olduqca böyük məqam və ehtiramı vardır. Belə ki, möhtəşəm “Məfatihul-cinan” kitabının əlavələr qismində “Uca məqamlı imamzadələrin ziyarətləri” barəsində Əhli-Beytin (əleyhimussəlam) övladlarının əzəməti və məqamlarını qeyd etdikdə bu şərafətli xanımın adını ilk olaraq gətirmişlər. Həmçinin, Həzrətin ziyarətinin çox böyük savabını nəzərə yetirərək buyurur:

Bu şəxsiyyətlərdən birincisi möhtərəm seyidə həzrət Fatimə binti Musa ibni Cəfər (əleyhiməssəlam)-dır və həzrət Məsumə adı ilə tanınıbdır. Bu xanımın qəbri müqəddəs Qum şəhərində yerləşir...”

Bu hərəm, Qum əhalisinin gözünün nuru və hamının pənah və ümid yeridir. İl boyu yaxın-uzaq şəhərlərdən əhli-beyt aşiqləri uzaq səfərin çətinliyinə qatlaşaraq həzrət Məsumənin ziyarətinə gəlirlər. Bir çox hədislərdə bu xanımın fəziləti və məqamının əzəməti bəyan olunubdur. Şeyx Səduq, mötəbər sənəd ilə Səd ibni Səddən belə rəvayət edir ki, o, həzrət İmam Rzadan (əleyhissəlam) Fatimə binti Musa ibni Cəfərin (əleyhimussəlam) ziyarəti barəsində soruşdu. Həzrət İmam Rza (əleyhissəlam) ona buyurdu: “Onu ziyarət edən şəxsə cənnət vacib olar.” Başqa mötəbər bir hədisdə İmam Rzanın (əleyhissəlam) övladı həzrət imam Məhəmməd Təqidən (əleyhissəlam) rəvayət olunur ki, o həzrət belə buyurub: “Hər kim mənim bibimin Qum şəhərində yerləşən məzarını ziyarət etsə, cənnət ona vacib olar.” Mərhum Əllamə Məclisi bəzi ziyarətnamə kitablarından nəql edir ki, Əli ibni İbrahim, atası Səd Əşəri Qummidən və o da həzrət İmam Rzadan (əleyhissəlam) bu rəvayəti nəql etmişdir. O həzrət buyurmuşdur: “Ey Səd, sizin diyarınızda bizim xanədanımızdan bir nəfərin qəbri yerləşir.” Səd deyir ki, mən, o həzrətdən soruşdum: “Canım sizə fəda olsun, İmam Musanın (əleyhissəlam) qızı Fatiməni nəzərdə tutursunuz?” O həzrət buyurdu: “Bəli, “Mən zarəha arifən bihəqqiha, fə ləhul cənnəh.” Hər kim onu, onun məqamını dərk edərək ziyarət etsə, cənnət ona vacib olar.”

Bir daha bütün əziz mömin bacı-qardaşlara təssəlli deyir və hamınıza Əhli-Beyt əleyhimussəlamın hörmət və şərəf bəxş edən yolunun davamçılarından olmağınızı arzulayırıq.

İltimas dua!

Etiketlər :

Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı