Fatimə (əleyhasəlam) Peyğəmbərin dürəfşan kəlamında

27 December 2024

09:53

۲۰۳

Xəbərin xülasəsi :
Ey Fatimə! Həqiqətən, Allah-taala sənin qəzəbinlə qəzəblənir və sənin razılığınla razı olur
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatimə (əleyhasəlam) Peyğəmbərin (sallallahu əleyhi və alih) dürəfşan kəlamında

Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) buyurur:

يَا فَاطِمَةُ إِنَّ اَللَّهَ تَبَارَكَ وَ تَعَالَى لَيَغْضَبُ لِغَضَبِكِ وَ يَرْضَى لِرِضَاكِ

“Ey Fatimə! Həqiqətən, Allah-taala sənin qəzəbinlə qəzəblənir və sənin razılığınla razı olur.”[1]

Bu əzəmətli hədisdə Fatimei-Zəhra əleyhasəlamın razılığı Allahın razılığına və onun qəzəbi Allahın qəzəbinə bərabər edilir. Bu isə Zəhrai-Mərziyyənin (əleyhasəlam) hər bir nöqsandan uzaq olmasına və məsumluğuna qəti dəlildir.

Əhli-təsənnün alimi Hakim Nişaburi bu hədisin ardınca belə qeyd edir:

هَذَا حَدِيثٌ صَحِيحُ الْإِسْنَادِ

“Bu hədisin sənədi tam səhih və etibarlıdır.”[2]

Allahın bəndədən razılığı dedikdə, məqsəd odur ki, bəndənin etdiyi əməl bütünlüklə Allahın əmrinə və göstərişinə müvafiq olsun, yəni əmrinə tam əməl etsin və hər növ xoşagəlməz işdən də uzaq olsun. İnsanın Allahdan razılığı isə, Allahın qəza- qədərini tam şəkildə qəbul etməsidir.

Allah-taala buyurur:

﴿يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ، ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً، فَادْخُلِي فِي عِبَادِي، وَادْخُلِي جَنَّتِي

“Ey xatircəm və aramlı ruh! Allahından razı və Allah da səndən xoşnud olan halda Rəbbinə tərəf qayıt, Mənim bəndələrimin zümrəsinə daxil ol və Mənim beheştimə daxil ol”[3]

Ruhu “Raziyə” və “Mərziyyə” sifətləri ilə tövsif etmək ona görədir ki, əgər qəlb Allah ilə rahatlıq və aram tapırsa, deməli, insan Allahından razıdır və onun qəza-qədərinə ən kiçik belə, etirazı yoxdur. Heç bir məsələ onu narahat etməz, heç bir günah qəlbini haqdan döndərməz. Allahın bəndəsi ibadət və itaət yolunda olsa, Allah da ondan razı olar. Belə bəndənin yeri cənnətdir, Allah onu Öz beheştinə daxil edər.

Həzrət Zəhra (əleyhasəlam) Allahın xüsusi və xatircəm bəndəsidir. Ona qarşı olan bütün çətinlikləri və zülmləri Allah rizasına dözür və heç bir etiraz etmir. Allahı ondan tam razı olduğu halda Rəbbinə tərəf qayıdır.


Mənbələr:


[1] Əmali, Şeyx Səduq, cild-1, səh. 383

[2] Mustədrəku əlas-səhihəyn, hədis-4713

[3] Fəcr surəsi, ayə 26-30


Etiketlər :

Həzrət Fatimə (əleyhasəlam) Peyğəmbərin (sallallahu əleyhi və alih) dürəfşan kəlamında