Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü
26 December 2024
08:12
۲۱۲
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismillahir-Rahmənir-Rahim
Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1444-cü
il, rəcəb ayının 1-i, miladi 2023-cü il, yanvar ayının 23-ü imamət və vilayət səmasının beşinci parlaq
günəşi həzrət imam Baqir əleyhissəlamın təvəllüd günüdür. Mübarək rəcəb ayının
ilk günü ilə müvafiq olan bu böyük sevinc gününü öncə həzrət Sahib əz-Zaman əleyhissəlama
(Allah-təala o həzrətin zühurunu tezləşdirsin), sonra Əhli-Beyt (əleyhimussəlam)
aşiqlərinə təbrik və gözünüz aydın deyirik. Bütün haqsevən insanlara bu bərəkətli
və əzəmətli rəcəb ayında cismi və mənəvi sağlamlıq, düzgün əqidə, izzət və
başıucalıq, İlahinin dərgahına yaxınlıq diləyirik.
İmam Baqir əleyhissəlam buyurur:
انما یداق الله العباد فی الحساب یوم القیامة علی قدر ما اتاهم من العقول فی الدنیا
“Qiyamət günündə Allah-taala Öz bəndələri ilə
onlara dünyada verdiyi ağıla mütənasib hesab-kitab edəcəkdir.”
Mənbə: Məanil-əxbar, səh. 2
Rəcəb ayının fəzilətləri
Rəcəb ayı, Şəban
ayı və mübarək Ramazan ayı son dərəcə fəzilətlidirlər. Bu haqda çoxlu hədislər qeyd olunmuşdur. Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql edilir ki, buyurub: "Rəcəb
ayı Allahın, Şəban ayı mənim, Ramazan ayı isə mənim ümmətimin ayıdır. Hər kəs bu ayda bir gün oruc tutsa, Allahın
razılığına səbəb və ilahi qəzəbdən amanda olar."
İmam Sadiqdən (əleyhissəlam) həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) belə buyurduğu nəql olunur:- “Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar
edin! Allah çox bağışlayan və mehribandır.”
Həmçinin, bu ayda çoxlu Quran oxumaq və dua etmək, eləcə də bir sıra xüsusi əməllər varid olubdur ki, əziz möminlər əlavə məlumat üçün möhtəşəm "Məfatihul-cinan" kitabına müraciət edə bilərlər.
İltimas dua