Mübarək şəban ayının gəlişini təbrik deyirik
06 April 2025
10:27
۲۱۴
Xəbərin xülasəsi :
-
Mübarək Fitr bayramı
-
Həzrət Əmirəl-möminin əleyhissəlamın Fitr bayramı xütbəsi
-
Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
-
Ramazan ayının axırıncı gecəsinin əməlləri
-
Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı
-
Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
Bismilləhir-Rahmənir-Rahim
Miladi 2023-cü il fevral ayının 22-i hicri 1444-cü il şəban ayının 1-i ilə müsadifdir.
Bütün müsəlmanlara, xüsusən hörmətli həmvətənlərə mübarək şəban ayının gəlişini təbrik deyir, bu gözəl və bərəkətli ayda bütün əzizlərə yeni-yeni müvəffəqiyyətlər və səadətli günlər arzulayıyıq. Müsəlman bacı-qardaşlara həzrət Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) ayı adlanan bu mübarək ayın fəziləti və əməlləri barəsində Məsumların (əleyhimussəlam) və həmçinin böyük və dəyərli alimlərimizin diqqəti cəlb edən tövsiyələrini xatırlamaq və bu ayın fəzilətindən lazımınca bəhrələnmək üçün mötəbər mənbələrdə qeyd olunan xüsusi ibadətləri və layiqli əməlləri yerinə yetirmək məsləhət olunur.
Şəban ayının müstəhəb əməlləri
1-Mümkün olan miqdarda bu ayda oruc tutmaq; xüsusən birinci günündə çox tövsiyə edilir. Hədisdə deyilir ki, həzrət Peyğəmbəri-əkrəm (sallallahu əleyhi və alih) (mübarək Ramazan ayından başqa) ancaq Şəban ayını tamamilə oruc tutardı.
2-Sədəqə vermək; hədisdə deyilir ki, hər kəs Şəban ayında sədəqə verərsə, Allah-təala onun sədəqəsini bəsləyər, ta ki, Qiyamətdə Uhud dağı əndazəsinə çatdıqda onu sahibinə qaytara.
3-İstiğfar etmək; hədisdə deyilir ki, hər kəs Şəban ayında yetmiş dəfə istiğfar edib bağışlanmasını istəyərsə, günahları ulduzların sayı qədər olsa belə, Allah-təala onun günahlarını bağışlayar. Başqa bir hədisdə deyilir: Şəban ayının hər günündə yetmiş dəfə bu istiğfarı desin:
»أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ الرَّحْمنُ الرَّحِيمُ وَ أَتُوبُ إِلَيْهِ«
(Əstəğfirullahəlləzi lə iləhə illə Huvəl-Həyyul-Qəyyum, ər-Rahmənur-Rahimu və ətubu iləyh)
4- Şəban ayının əvvəlindən sonuna qədər bu zikri min dəfə demək;
»لا إِلهَ إِلَّا اللَّهُ وَ لَا نَعْبُدُ إِلَّا إِيَّاهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَ لَوْ كَرِهَ الْمُشْرِكُون «
(Lə iləhə illəllahu və lə nə`budu illə iyyah, muxlisinə ləhud-dinə və ləv kərihəl muşrikun)
5-Hər gün zöhr və azan zamanında “Şəbaniyyə” salavatlarını oxumaq.