İmam Huseyn əleyhissəlamın təvəllüdü
05 December 2025
21:06
۴۵۰
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Huseyn əleyhissəlamın dürəfşan kəlamlarından:
» عَمِيتْ عَينٌ لاَ تَرَاکَ عَلَيهَا رَقِيباً«
(“Ya Rəbbim!) Sənin qayğıkeşliyini və hüzurunu duymayan və görməyən göz, kordur.”[1]
Həzrət imam Huseyn əleyhissəlamın dürəfşan kəlamları
Həzrət imam Huseyn əleyhissəlam “Ərəfə” duasında buyurur:
Ya Rəbbim! Sən nə zaman olmamısan ki, olmağın üçün dəlil istənilsin?
Sən nə zaman qeybdə olmusan ki, hazır olmağına nişanə tələb olunsun?
Sən nə zaman gizli olmusan ki, zahir olmağın əlamətə ehtiyaclı olsun?
Sənin qayğıkeşliyini və hüzurunu duymayan və görməyən göz, kor olsun!
Öz məhəbbətindən bəhrələndirmədiyin bəndənin ticarəti ziyanlı olsun!
İltimas dua!