Şəbaniyyə munacatı-insana ucalıq bəxş edir
06 December 2025
02:04
۲۹۹
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin əzəmətli şəban ayı haqqında bəyanatından
Şəbaniyyə munacatı-insana ucalıq bəxş edir
Şəban ayında “Şəbaniyyə munacatı”nı oxumağa çox təkid edilir. Məna əhli, Allaha tərəf seyr, suluk və istiqamət alan hər bir şəxs şəbaniyyə munacatı ilə üns tapacaqdır. İmam Xomeyni (Allah ondan razı olsun), ürfanın ən yüksək qülləsində duran bu insan söhbətlərində şəbaniyyə munacatını oxumağa təkid edər və buyurardı: Bu duanı həm Əmirəl-möminin (əleyhissəlam), həm də digər imamlar (əleyhimussəlam) munacat edərdilər.
Munacatın əvvəlində həzrət Peyğəmbərə və onun pak Əhli-beytinə salavat göndərdikdən sonra buyurur:
" وَ اسْمَعْ دُعَائِي إِذَا دَعَوْتُكَ وَ اسْمَعْ نِدَائِي إِذَا نَادَيْتُكَ وَ أَقْبِلْ عَلَيَّ إِذَا نَاجَيْتُكَ فَقَدْ هَرَبْتُ إِلَيْكَ"
“İlahi! Mənim duamı eşit və qəbul et!...”[1]
---------------------------------
[1] Şəbaniyyə munacatı