Quranın iki ayəsi Məhdilik nəzəriyyəsinin əsasını təşkil edir
26 December 2024
08:10
۲۱۰
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Bütün peyğəmbərlərin risaləti həzrət Bəqiyyətillahın (Allah onun zühurunu tezləşdirsin) cahanşümul hökuməti üçün bir müqəddimədir
Quranın iki ayəsi Məhdilik nəzəriyyəsinin əsasını təşkil edir
(ardı)
Görəsən, həzrət Hüccət (ə) yalnız zülmü aradan aparmaq üçün qiyam etmək istəyirmi? Hərçənd buyurublar ki, yer üzünü zülm və sitəm bürüdüyü halda Həzrət qiyam edəcək və hər yeri ədalət və düzgünlük tutacaqdır:
«یملاّ الله الارض قسطاً و عدلاً بعد ما ملئت ظلماً و جوراً»
Lakin bu Həzrətin qiyamının ancaq bir hissəsidir. Həzrətin əsas hərəkəti bəşər cəmiyyətini Allahpərəst etməkdir, bu da məhz Allahın iradəsinə dönür. Allah insanı nə üçün xəlq etmişdir? Ona görə ki, tövhidi dərk etsin və Allahını tanısın.
« ما خلقت الجن و الانس إلا لیعبدون أی لیعرفون »
Mən buna «لیوحّدون»-da əlavə edirəm, yəni mərifətin yüksək mərtəbəsi olan tövhid mənası zühur zamanından başqa heç bir zamanda formalaşmayacaqdır. Hətta yüzlərlə islam hökuməti təşkil olsa ki, əlhəmdulillar biz bu böyük nemətə çatmışıq və bu cəhətdən hər gün yüz dəfələrlə Allaha şükür etməliyik. Amma hökumətin başında Məsum olmazsa, Allah-taalanın bəşəri xəlq etməkdə və peyğəmbərləri göndərməkdə iradə buyurduğu son məqsəd ki, bəşərin həqiqətən yeganə Allahı tanıması təfəkkürü formalaşmayacaqdır. Doğrudur, nəhayət olduqca məhdud bir toplu, özü də çox naqis və aşağı bir mərtəbədə formalaşacaqdır.
Cəmiyyətin tövhid əsasında formalaşması mövzusu ədalət məsələsindən daha genişdir. Hazırda ədalət məsələsin tövhid məsələsindən daha çox hallandırırıq. Bəli, ədalət mövzusu Quranda və hədislərdə müzakirə olunur, Həzrətin hökumət məsələsində də çox əhəmiyyət kəsb edir, amma ədalət məsələsindən əvvəl və ondan da üstün, insanların tək Allaha mərifət tapmalarıdır. Bunun özü ədaləti, sair əxlaqi səciyyələri və İlahi fəzilətlər kimi fəzilətləri kəsb etmək üçün əsas mövzudur. Beləliklə, bu məsələnin üzərində olduqca işləmək lazımdır.
İkinci məsələ budur ki, Həzrətin haqqında bəzi hədislər vardır ki, gərək dəqiqliklə araşdırılsın. Məsələn, bu hədis həzrət Zəhraın (əleyhasəlam) haqqında deyilibdir:
«نحن حجج الله علی خلقه و فاطمة حجةٌ علینا»
Həzrət Fatimənin (ə) hüccət olması mənası nədir? Bu «حجةٌ علینا», yəni Fatimə (ə) İmam Zamana (ə) da hüccətdir?
Başqa bir hədisi həzrət Hüccətin (ə) özü buyurur ki, “Mən xalq üçün örnək və nümunəyəm və anam Fatimə (ə) mənim örnəyimdir”.
Mən elmi hövzənin bir tələbəsi olaraq öz tərəfimdən hər il bu böyük fikri və yaradıcı təfəkkürü müzakirə etdiyiniz üçün sizə təşəkkür edirəm. Bununla araşdırmalarda yenilik icad edirsiz və bu mühüm mövzuları irəli aparırsız ki, özlüyündə olduqca dəyərlidir. Ümid edirəm o Həzrətin inayəti əvvəlkindən artıq sizə şamil olsun.
Vəssəlamu aleykum və rahmətullahi və bırakətuh