Mübarək Ramazan ayının gəlişi

26 December 2024

08:34

۲۲۷

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) mübarək ramazan ayının fəzilətləri haqda bəyanatı
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Mübarək ramazan ayının fəziləti haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanatı

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحيمْ


الْحَمْدُ للّه رَبِّ الْعَالَمِينْ وَصَلَى الله عَلَىٰ سَيِّدَنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينْ

Allaha şükür edirik ki, mübarək ayı dərk etməyə müvəffəq olduq və bu İlahi ziyafətə dəvət edildik. Burada bir neçə incəliyə diqqət yetirmək lazım gəlir.

Birinci məsələ budur ki, Allah-taala “Bəqərə” surəsinin 183-cü ayəsində orucluq barədə buyurur: «يا ايها الذين آمنوا کتب علیکم الصیام کما کتب علی الذین من قبلکم لعلکم تتقون». Bu ayədə möminlərə xitab edir.

Həmin surənin 21-ci ayəsinin sonunda لعلکم تتقون» «-buyurur, lakin xitabı ümumi camaatdır. Buyurur: » «یا ایها الناس اعبدوا ربکم الذی خلقکم والذین من قبلکم لعلکم تتقون   

İmam Səccad əleyhissəlam buyurur: Nas, Adəm övladlarının təklifə çatan insanlardır; «المکلفین من وُلد آدم 

 O kəslər ki, Quran və onun hökmlərinin İslamın zühur etdiyi ilk dövrə aid olduğunu təsəvvür edirlər çox cahildirlər və Quran ilə tanışlıqları yoxdur. «یا ایها الناس»  -Yəni bütün bəşər, istər Quranın nazil olduğu dövrdə olsun, istərsə də ondan sonra Qiyamətə qədər gələcək. Hətta keçmişə də aid olur, lakin keçmiş bəşər hazırda yoxdurlar ki, bu təklifləri yerinə yetirsinlər.

Buyurur: : أعبدوا ربکم»  -Allaha ibadət edin. Nə səbəbə Allaha ibadət etsinlər? Ona görə ki, sizi və sizin keçmiş adamlarınızı xəlq etmişdir: «الذی خلقکم والذین من قبلکم». İbadət ancaq Xaliqə aiddir. İnsan onu xəlq etmiş varlığa ibadət etməlidir. Biz ata-ananı ibadət edə bilmərik, çünki bizim xaliqimiz deyillər. Dünya və maddiyyatı, daşı, taxtanı, suyu, torpağı və s. ibadət etmək olmaz, çünki bizim xaliqimiz deyillər. Bizim xaliqimiz Allahdır, gərək Allaha ibadət edək. Burada «اعبدوا ربکم» haqda zərif bir hədis vardır, ona müraciət edin.

Sonra buyurur: «لعلکم تتقون». İbadət insanı təqvaya yetirir. Bu mütləq ibadət haqqındadır, yəni Allah-taala mütləq ibadət haqda buyurur ki, hər bir ibadət, əgər Allahın ibadəti olsa, insanın təqvalı olmasına səbəb olacaqdır. Amma oruca çatdıqda həmin mənanı möminlərə xitab edib, buyurur: «یا ایها الذین آمنوا کتب علیکم الصیام کما کتب علی الذین من قبلکم لعلکم تتقون» -Oruc tutmaq sizə vacibdir, necə ki, sizdən öncə olanlara da vacib olmuşdur.

Əlbəttə, hədislərdə bu barədə buyurur ki, keçmiş ənbiya da oruc tutmağa mükəlləf olmuşlar. Amma Allahın müsəlman ümmətinə və Peyğəmbərin özünə olan inayəti budur ki, oruc tutmağı mübarək ramazan ayında vacib edibdir.

İndi gərək baxaq ki, bu ayədə gələn «لعلکم تتقون» ilə 21-ci ayədə gələn «لعلکم تتقون» eynidir? Yəni oruc da hər bir digər ibadət kimi təqvaya səbəb olur, ya xeyr. Mümkündür «یا ایها الذین آمنوا» xitabın dəyişməsindən belə istifadə edilsin ki, oruc insanda xüsusi bir təqvaya səbəb olur və onu təqvanın bir üstün dərəcəsinə yetirir.

(ardı var)


Etiketlər :

Mübarək ramazan ayının fəziləti haqda Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) bəyanatı