Həzrət imam Həsən əleyhissəlamın viladət günü
26 December 2024
07:38
۲۴۳
Xəbərin xülasəsi :
ömrünü uzun etsin) həzrət imam Həsən Muctəba əleyhissəlamın viladəti ilə bağlı bəyanatı
Bismilləhir Rahmənir Rahim
Həzrət imam Həsən əleyhissəlamın viladət günü
Ayətullah Məhəmmədcavad FazilLənkəraninin (allah ömrünü uzun etsin) həzrət imam Həsən Muctəba əleyhissəlamın viladəti ilə bağlı bəyanatı
Bu gün mübarək Ramazan ayının 15-i, həzrət imam Həsən Müctəbanın (əleyhissəlam) səadətli viladəti ilə müsadifdir. Bu böyük sevinc bağışlayan viladəti həzrət İmam Zamanın (Allah onun zühurunu tezləşdirsin) məhzərinə və bütün müsəlmanlara, xüsusən şiələrə və sizə, hörmətli elm əhlinə təbrik ərz edirəm. İnşa Allah bu mövludun və imamın bərəkətindən geniş həddə bəhrə aparmış olaq.
Bu münasibətlə İmam Müctəba əleyhissəlamın bizə çatmış çox dəyərli bir əsəri ətrafında söhbət etmək istəyirəm, ümid edirəm o Həzrətin buyurduğu bu əsərdən faydalanmış olaq. Möhtəşəm “Biharul-ənvar” kitabında və bəzi hədis mənbələrində, eləcə də əhli-sünnə kitablarında qeyd edilir ki, bir gün Əmirəl-möminin (əleyhissəlam) İmam Müctəbya buyurur ki, minbərə qalxıb xütbə və söhbət et, istəyirəm sənin danışığını eşidim. Belə məlum olur ki, bu hələ Həzrətin azyaşlı və yeniyetmə dövründə olubdur. Həzrət Müctəba əleyhissəlam ərz edir ki, mən sizin hüsurunuzda utanıram və həya edirəm. Burada müxtəlif nəqllər vardır, Həzrət xanımlar və başqalarını mənzildə toplayır, imam Müctəbanın gözü onun heybət və əzəmətini görməsin və rahat danışa bilsin deyə, özü başqa bir tərəfdə, örtük arxasından söhbətə qulaq asır. Bəzi nəqllərdə deyilir ki, məsciddə camaatın toplandığı zaman imam Müctəbaya buyurur ki, minbərə qalx və söhbət et. Əgər bu ikinci nəzər doğru olsa, Həzrətin məqsədi bu ola bilər ki, Əhli-beyt, Əmirəl-möminin və övladlarını xalq yaxşı tanısınlar və bilsinlər ki, onların vücudunda nə kimi fəzilətlər vardır. Bir şəxsə bilafasilə desələr ki, minbərə qalx və söhbət et, bu çox bacarıq tələb edir. Baxın, bizlər, xətiblərdən və tədris əhlindən hər bir kəs iki kəlmə danışıq üçün, əgər mətləbi dəqiq və layiqli əda etmək lazım gəlsə, nə qədər fikir və mütaliə etməlidir. Amma imam Müctəba bilafasilə minbərə qalxır. Bu danışıqda gəlmiş sözlər və ifadələr olduqca əhəmiyyətli və həssas bir mövzu olan tövhid məsələsi haqqındadır.
Həzrət Bismilləhir-Rahmənir-Rahim dedikdən sonra söhbəti belə başlayır:
الحمد لله الواحد بغیر تشبیه،
“Həmd, heç bir misli olmayan Allahın sənasıdır, vahiddir və oxşarı yoxdur.”
Allah-taalanı gərək belə tanıyaq və belə tanıtdıraq. İnsanların çox çətinlikləri tövhidi necə dərk etməkdədir. Mübarək ramazan ayında çox təkid olunubdur ki, gecə-gündüzdə -namazların qılınması qeyd edilir ki, Tövhid surəsini ehtiva edir- bu surənin özünün təkrar olaraq oxunması və onda təfəkkür etmək istənilir. Mübarək ramazan ayında insanda tövhidin əqidəsinin möhkəmlənməsi qədər heç bir əhəmiyyətli ibadət təsəvvür edilmir. Ramazan ayı başa çatdıqdan sonra Allahdan qeyrisində hətta fikirləşmək belə lazım deyil. İbadətdə tövhid, əfalda tövhid, zati tövhid... Məsum imamlar əleyhimussəlam bu msəsələyə olduqca diqqət etmişlər, yəni xalqı tövhidə, Allahı tanımağa dəvət etmişlər. Hazırda fiqh və əxlaq bəhsləri çox müzakirə edilir, bu bəhslər də olduqca lazım və əhəmiyyətlidir. Əhli-beytin istər fiqh elmi, istərsə də əxlaqi tövsiyələrinin bərabəri heç bir yerdə ola bilməz. Bütün əhli-sünnə fiqhini toplayasan, imam Sadiq əleyhissəlamın fiqh elmi müqabilində, dəryanın yanında bir qətrə kimidir. Əxlaqi məsələlər və tövsiyələr də həmçinin, hikmətli nəsihətlər də eynilə bu cürüdür. Lakin bütün bunlarla bərabər, Məsum imamlar xalqı etiqad məsələləri ilə tanış etməyə daha çox əhəmiyyət vermişlər. Bizlərə bunu öyrətmək istəmişlər ki, ibadət və əxlaqın əsası və bünövrəsi etiqaddır.
الحمد لله الواحد بغیر تشبیه، و الدائم بغیر تکوین
Başlanğıcı olmayan və davamlı olan vücud... Sonradan vücuda gəlməmişdir.
القائم بغیر کلفة
Heç bir təklif, məşəqqət və çətinliyi olmadan bütün yaranmışlara qəyyumluq edir. Allah üçün asan və çətin sözləri məna tapmır, bəzən “hesabən yəsira” və “hesabən kəsira” ifadələri başqa tərzdə məna edilir, halbuki bu kəlmələr bizim düşüncəmiz üçündür. Allah üçün bir qarışqa ilə səmanı xəlq etmək arasında heç bir fərq yoxdur.
الخالق بغیر منصبة
Heç bir səy və çalışmadan xəlq etmişdir. “Mənsəbət” kəlməsi səy və çalışmaq deməkdir, bəzən zəhmət və çətinlik mənası da demişlər; “eyşun zu mənsəbə”, rənc və əziyyət dolu yaşayış, lakin burada məqsəd budur ki, xəlq etmək istədikdə heç bir müqəddimə qurmağa və çalışmağa ehtiyac duymur.
إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ
الموصوف بغیر غایة
Hər nə qədər Allahı tövsif etsəniz , həddi yoxdur, vəsfləri hədsizdir; elmi, qüdrəti...
Geçən gün ərz etdim, ürfanın əsasını təşkil edən o qayda ki, sonra fəlsəfəyə gəlmiş və sonrakı mərhələdə Quranın təfsirində işlənmişdir; İlahinin əsma və sifətini məna etməkdə əgər o qaydadan faydalanmasaq, İlahinin əsma və sifətini hətta icmal şəkildə belə təsəvvür etmək mümkün deyil...
اللهمَ إنی أسألک بِجلالک كلهِ
Küllü cəlal,
وبِجَمالِکَ کُلِّهِ
Küllü cəmal... Bu küll sözü, cüz müqabilində deyil, mənası budur ki, Sənin cəlalının və cəmalının nəhayəti yoxdur, sonsuzdur və həddi yoxdur...
(ardı var)