Həzrət imam Həsən əleyhissəlamın viladət günü
26 December 2024
07:39
۲۲۸
Xəbərin xülasəsi :
Bismilləhir Rahmənir Rahim
Həzrət imam Həsən əleyhissəlamın viladət günü
Ayətullah Məhəmmədcavad FazilLənkəraninin (allah ömrünü uzun etsin) həzrət imam Həsən Muctəba əleyhissəlamın viladəti ilə bağlı bəyanatı
(ardı)
Ərz etdim, ariflərin, fəlsəfə və təfsir alimlərinin dedikləri bu qaydaya əsasən, sözlər mənanın ruhu müqabilində nəzərdə tutulub, təyin edilir. Ona görə bu məsələni heç kəs dünyəvi məsələlərlə müqayisə etməsin, Allahın elmi;
اللهمَ إنی أسألک بِعلمک كلهِ
Kimsə bu mənanı bəşərin elmi ilə müqayisə edib deməsin ki, Allahın elmi bəşərin elmindən bir qədər artıqdır. Xeyr, Allah-taalanın hüzurunda olan elmin həqiqəti və ruhu hədsiz və sonu olmayandır. Ümumiyyətlə, əgər biz sözləri mənanın ruhu müqabilində təyin edilməsini qəbul etməsək, Səhər duasında olan bu “küll” sözlərinin mənası aydın olmayacaqdır.
بِشرفکَ کُلِّهِ, بِکلماتکَ کُلِّهِا ...
Doğrudur, bəzi ehtimallar da vardır ki, mümkündür bizim düşüncəmizdən xaric olsun...
الموصوف بغیر غایة
Allahı öz təsəvvürümüz ilə tövsif etməyək. Bu məna əsasında hətta ehtiyac yoxdur deyilsin ki, Allahın həqiqətini dərk etmək mümkün deyil. Ona görə ki, əgər “الموصوف بغیر غایة”, əl-mosuf biqeyri qayətindirsə, bu dəlil və bürhan əsasındadır, Onu dərk etmək mümkün deyil...
المعروف بغیر محدودیة العزیز
Onu tanımaq mümkün deyil. Siz hər bir vücudu tanıtdırmaq istəsəniz, onu məhdud etməyə ehtiyac vardır. Bunu bizim zehnimiz qəbul edir, hər bir tanıtdırılmışın, cins və fəsli olmalıdır, onları zikr etməklə tanıtmaq istədiyimiz mövcudu müəyyən qədər tərif edirik. Hətta maddi məsələlərdə belə, bir çox əşyanın həqiqi cins və fəslini təyin etməyə qadir deyilik. Amma Allah-taala həddi olmayan bir tanınmış varlıqdır.
O əzizdir, qüdrətlidir.
لم یزل قدیما فی القدم،
Yəni qədimdən O həmişə qədim olmuşdur.
ردعت القلوب لهیبته،
Qəlblər Onun heybətindən mütəzəlzil olur, xof və vəhşət edir.
و ذهلت العقول لعزته
Ağıllar Allahın izzəti müqabilində natəvandır, heyrandır. Yəni Allahın həqiqətini tanımaq istəsək, heyran qalarıq. Əgər bir insan bu heyranlıq mərhələsinə çatsa, bu mərhələ Allahı tanımağın başlanğıcıdır. Bu necə bir vücuddur?
و خضعت الرقاب لقدرته،
İnsan Allahın qüdrətini yada saldıqda istəmədən boyunlar əyilir və Onun qüdrəti müqababilində xüzu edilir, ixtiyarsız insanın başı əyilir. Bunu zahiri və süni şəkildə etmir, əksinə təbii surətdə və ixtiyarsız vaqe olur.
فلیس یخطر علی قلب بشر مبلغ جبروته،
Allahın əzəmət və cəbərutunun həddi heç bir bəşərin qəlbindən keçməz.
و لا یبلغ الناس کنه جلاله،
İnsanlar Onun cəlalının həqiqətinə çata bilməzlər.
و لا یفصح الواصفون منهم لکنه عظمته و لا تبلغه العلماء بألبابها
Alimlərin hamısının ağıllarını toplasalar, Allahın mərifətinə çata bilməzlər.
و لا أهل التفکر بتدبیر أمورها. اعلم خلقه به الذی بالحد لا یصفه،
Allah bəndələrinin ən alimi kimdir? O kəsdir ki, tərif və hədd təyin etməkdə desin ki, mən Allahı tövsif edə bilmərəm...
یدرک الأبصار و لا تدرکه الأبصار و هو اللطیف الخبیر.
Həzrət imam Müctəba əleyhissəlam bu deyilənləri müqəddimə olaraq bəyan edir, sonra buyurur:
أما بعد فان علیا باب من دخله کان مؤمنا،
Əvvəl Allah haqqında söz danışır, Allaha imanlı olmaq, Ona mərifət tapmaq, Onu tövsif etmək, Allahın qüdrəti, əzəməti, cəbərutı haqda... Sonra həqiqi bir məsələni xatırladır. Bu ata və övlad arasında olan ədəb və ehtiramı riayət etmək deyildir...
Bu qismət bəzi nüsxələrdə vardır, bəzi nəqllərdə qeydə alınmamışdır.
من دخله کان مؤمنا،
Hər kəs Allaha çatmaq istəsə, Onu babı Əmirəl- möminin əleyhissəlamdır.
و من خرج منه کان کافرا
Hər kəs bu qapıya varid olmasa və Əmirəl-mömin (əleyhissəlam) ilə mənəvi rabitəsi olmasa, kafir olmuşdur. Belə insan həqiqətən kafirdir, hərçənd zahiri islamı olmuşsa da belə, fiqhə əsasən, zahirdə islama aid edilsə də belə. Vaqei və həqiqi küfrü mardır
أقول قولی هذا و استغفر الله العظیم لی و لکم.
Sonda həzrət Müctəba əleyhissəlam xitab edir ki, Allah-taalanı və eləcə də atamı doğru və həqiqi surətdə tövsif etməyə qadir olmadığım üçün əstəğfirullahəl-əzim li və ləkum.
Bəzi nəqllərdə deyilir ki, imam Müctəba əleyhissəlam minbərə qalxır, yaxud bir qədər camaatın hüzurunda bu danışığını edir. Əmirəl-möminin əleyhissəlam həzrət Müctəbanın kəlamı sona yetdikdə, ayağa qalxır, yaxınlaşıb imam Müctəbanın alnını öpür və buyurur:
ذریه بعضها من بعض، و الله سمیع علیم
Bu ayə Ali-İmran surəsindədir. Allah-taala bundan öncəki ayədə buyurur:
ان الله اصطفی آدم و نوحا و آل ابراهیم و آل امران علی العالمین
Adəm, Nuh, Ali-İbrahim və Ali-İmran Allahın seçib bəyəndiyi insanlardır... Allah bunları bütün bəşərə müqəddəm etmişdir. Sonrakı ayədə buyurur:
ذریه بعضها من بعض
Hədislərdə qeyd edilən və bəzən usul bəhslərində və müxtəlif münasiblər ilə deyilir ki, Məsum imamlar vahid nurdan yaranmışlar. Bu mənanın kökü Quranın bu ayəsindən irəli gəlir.
Yəni İmam Həsən Əmirəl-möminin cilvəsindən, Rəsuli-Əkrəmin (sallallahu əleyhi və alih) cilvəsindən olan bir şəxsdir. Necə ki, həzrət Fatimei-Zəhra (əleyhasəlam) onun bəzəsi və cilvəsidir. Yəni bu qanun “ذریه بعضها من بعض”, Allah-taala bunu ənbiyanın və onların zurriyyəsi haqda bəyan etmişdir, bu da vardır. Əmirəl-möminin, imam Həsən onu cilvəsidir, Rəsulillahın cilvəsidir, imam Huseyn Allahın cilvəsidir, Əmirəl-möminin cilvəsidir. Bunlar bizim mərifətimizi imamlara nisbət artırırlar.
Belə etiqad məsələləri Məsum imamların bəyanatında olduqca çoxdur. Ümumiyyətlə, digər məzhəblərlə müqayisədə şiə məzhəbinin üstünlüyünü sabit etdirən məsələlərdən biri məhz bu bəhslərdir. Siz digər məzhəblərdə, əhli-sünnət məzhəblərində imam Həsənin buyurduğu belə bəhslərin hətta bir kəlməsin belə tapa bilməzsiz və düzü də budur, çünki onlar bu məsələnin əhli deyillər.
Bu etiqad bəhslərinə də diqqət yetirək, həm də öz əqidəmizi möhkəmləndirək. Mübarək ramazan ayı, İlahinin əsma və sifətini dərk etmək ayıdır. Allah-taala bizi nəyə dəvət edir? Namaz qılmağa? Başqa aylarda da namaz qılmaq vardır. Oruc tutmağa? Başqa günlərdə də oruc tutmaq vardır, hərçənd vacib buyurulmayıb, müstəhəbdir. Quranı qiraət etməl?.. Bunlar bir həddə qədər digər aylarda da vardır. Amma ramazan ayı, hüzur ayıdır, görüş ayıdır, İlahinin kəlmələri və əsmai-husnasını dərk etmək ayıdır, cövşən ayıdır. İlahinin bu əsması ilə bizim nə qədər ünsiyyətimiz vardır? İlahinin bu əsması bizim vücudumuzu nə qədər əhatə etmişdir? Çox zəifik, çox zəifik. Allahın qonaqlığı budur ki, pərdələri kənar etsin, bəşərə Öz elminin bir azını göstərsin, oruc tutan qonağına Öz qüdrətinin, həyatının az bir miqdarını göstərsin, bunları göstərsin. Öz bahasının, camalının, cəlanının az bir qismini göstərsin. Bu zaman insan Allahın əxlaqı ilə zinətlənər.
تخلقوا باخلاق الله
Təxəlləqu biəxlaqillahın mənası budur. Ümid edirəm, imam Müctəbanın duası və imam Zamanın (allah onun zühurunu tezləşdirsin) duasının bərəkətinə Allah-taala bu mübarək ayda Öz ən yaxşı bəndələrinə inayət buyurduğu ən yaxşı istəkləri bizim hamımıza əta etsin.