Əhya və Qədr Gecələri

26 December 2024

07:50

۲۴۸

Xəbərin xülasəsi :
Məsum imamlar Qədr gecəsini dəqiq olaraq müəyyənləşdirməmiş və onun üç gecədən (19-cu, 21-ci və 23-cü) biri olduğunu qeyd etmişlər ki, möminlər Qədr gecələrinin əməllərini hər üç gecədə yerinə yetirməklə mənəvi hal və feyz əldə etsinlər və Allahın xüsusi mərhəmət və lütfünə nail olmaq üçün kamil şəkildə hazır olsunlar
آخرین رویداد ها

Bismilləhir Rahmənir Rahim

Əhya və Qədr Gecələri

Məsum imamlar Qədr gecəsini dəqiq olaraq müəyyənləşdirməmiş və onun üç gecədən (19-cu, 21-ci və 23-cü) biri olduğunu qeyd etmişlər ki, möminlər Qədr gecələrinin əməllərini hər üç gecədə yerinə yetirməklə mənəvi hal və feyz əldə etsinlər və Allahın xüsusi mərhəmət və lütfünə nail olmaq üçün kamil şəkildə hazır olsunlar.

Baxmayaraq ki, alimlər rəvayətlərə əsasən, iyirmi bir və iyirmi üçüncü gecələrin Qədr gecəsi olmasına daha yaxın hesab edirlər. (2)

Qədr gecələrinin əməlləri:

Qədr gecələrinin əməlləri iki qismə bölünür:

Birincisi, hər üç Qədr gecəsi üçün müştərək olan əməllər.

İkincisi, onların hər birinin özünəməxsus əməlləri.

Qədr gecələrinin müştərək əməlləri:

1. Qədr gecəsi üçün qüsl almaq. Mərhum Əllamə Məclisi yazır: "Daha yaxşı olar ki, Qədr gecəsi üçün qüslü qüruba yaxın alsınlar və məğrib namazını onunla qılsınlar." (3)

2. İki rükətli namaz qılmaq. Hər rükətdə "Fatihə" surəsindən sonra yeddi dəfə "İxlas" surəsini oxumaq və namazı qurtardıqdan sonra, yetmiş dəfə "əstəğfirullahə və ətubu iləyh" demək.

Peyğəmbərdən (s) nəql edilən rəvayətdə belə buyurulur: "Bu əməlləri yerinə yetirən kəs yerindən qalxmamış Allah-taala onun, ata və anasının günahlarını bağışlayar və mələklər təyin edər ki, gələn ilə qədər onun üçün həsənə (xeyir əməllər) yazsınlar."(4)

3. İmam Baqir (ə) bu gecənin digər bir əməli barədə belə buyurmuşdur: "Quranı açıb üzünüzün müqabilində tutub deyin:

اَللّهُمَّ اِنّى اَسْئَلُکَ بِکِتابِکَ الْمُنْزَلِ وَما فیهِ،وَفیهِ اسْمُکَ ]الاْعْظَمُ[ الاْکْبَرُ،وَ اَسْماوُکَ الْحُسْنى،وَما یُخافُ وَیُرْجى،اَنْ تَجْعَلَنى مِنْ عُتَقائِکَ مِنَ النّارِ.

“İlahi, Səndən nazil edilən kitabın və onda olanlar və əzəmətli və gözəl, eyni zamanda ümid edilən və qorxulan adların olan şeylərə xatir məni Cəhənnəmdən azad (xilas) etməyini istəyirəm.

Sonra öz hacətini istəyirsən." (5)

4. Quranı başın üzərinə qoymaq mərasimi. İmam Sadiqin (ə) buyurduğuna əsasən, Quranı başın üstünə qoyur və belə deyirsən:

اَللّهُمَّ بِحَقِّ هذَا الْقُرْآنِ، وَ بِحَقِّ مَنْ اَرْسَلْتَهُ بِهِ، وَبِحَقِّ کُلِّ مُوْمِن مَدَحْتَهُ فیهِ، وَبِحَقِّکَ عَلَیْهِمْ، فَلا اَحَدَ اَعْرَفُ بِحَقِّکَ مِنْکَ.

İlahi, bu Quranın, onu bu Quranla göndərdiyin kəsin və onda mədh etdiyin hər bir möminin və Sənin onlar üzərindəki (sənin özündən başqa, heç kəsin bilmədiyi) haqqına xatir. Sənin özündən başqa heç kəs Səni layiqincə tanıya bilməz!”

Sonra hər biri on dəfə olmaqla belə deyirsən:

بِکَ یا اللهُ  (Bikə ya Allah)

بِمُحَمَّد  (Bi Muhəmmədin (s))

بعَلِىٍّ  (Bi Əliyyin (ə))

بِفاطِمَهَ  (Bi Fatimətə (ə))

بِالْحَسَنِ   (Bil-Həsəni (ə))

بِالْحُسَیْنِ  (Bil-Huseyni (ə))

 بِعَلِىِّ بْنِ الْحُسَیْنِ  (Bi Əliyyibnil-Huseyni (ə))

 بِمُحَمَّدِ بْنِ عَلِىٍّ  (Bi Muhəmməd ibn Əli (ə))

 بِجَعْفَرِ بْنِ مُحَمَّد  (Bi Cəfər ibn Muhəmməd (ə))

 بِمُوسَى بْنِ جَعْفَر  (Bi Musəbni Cəfər (ə))

بِعَلِىِّ بْنِ مُوسى   (Bi Əliyyibni Musa (ə))

بِمُحَمَّدِ بْنِ عَلِىٍّ   (Bi Muhəmməd ibn Əli (ə))

بِعَلِىِّ بْنِ مُحَمَّد   (Bi Əliyyibni Muhəmməd (ə))

بِالْحَسَنِ بْنِ عَلِىٍّ   (Bil-Həsən ibn Əli (ə))

بِالْحُجَّهِ  (Bil-Huccəti (ə))

Sonda nə hacətin varsa, Allahdan istə. (6) Bu zikrləri hüzuri-qəlblə və bütün diqqətini ilahi dərgaha yönəldərək de!

Yaxşı olar ki, əgər təvəssül oxumaq və ya mərsiyə demək istəsələr, duadan əvvəl və ya sonra olsun və duanın arası kəsilməsin.

5. İmam Hüseynin (ə) ziyarəti. Əllamə Məclisinin söylədiklərinə əsasən, hər üç gecədən birində imam Hüseyni (ə) ziyarət etmək təkid edilmiş müstəhəb əməllərdəndir. (7) Rəvayətlərdə günahların bağışlanmasına səbəb olduğu qeyd edilmişdir. (8) Əgər yaxından ziyarət etmək mümkün olmasa, uzaqdan ziyarət edilsin (və ziyarətnaməsi oxunsun).

6. Qədr gecələrində oyaq qalmaq. Yəni, bu gecəni sübhə qədər ibadət, dua, Quranın tilavəti, dini söhbətlər, dini sual-cavablar və ya təfsir və etiqadi kitabların mütaliəsi ilə keçirmək.

İmam Baqirdən (ə) nəql edilən rəvayətdə belə bildirilir: "Kim Qədr gecəsində əhya saxlasa, günahları çox olsa belə bağışlanar." (9) Yaxşı olar ki, əvvəlki gün bir qədər istirahət edilsin və az yemək yeyilsin ki, yuxu insana qələbə çalmasın. Əhya saxlamaq qüdrətinə malik olmayanlar yaxşı olar ki, gecənin əvvəlində yatsınlar və sübhə yaxın oyaq qalaraq ibadətlə məşğul olsunlar.

7. Yüz rükət (hər biri iki rükət və bir salamdan ibarət) namaz qılmaq. Bu namazın həddən artıq savabı vardır və daha fəzilətlisi budur ki, namaz qılanın əgər qüdrəti olsa, hər rükətdə "Fatihə" surəsindən sonra on dəfə "Qul huvəllah" (İxlas) surəsini desin. (10)

8. Mərhum Şeyx Kəfəmi "Misbah" kitabında nəql edir ki, imam Zeynəl-Abidin (ə) bu duanı Qədr gecələrinin on doqquz, iyirmi bir və iyirmi üçüncü gecəsində ayaq üstə, oturduqda, ruku və səcdə etdikdə oxuyardı:

اَللّهُمَّ اِنّى اَمْسَیْتُ لَکَ عَبْداً داخِراً، لا اَمْلِکُ لِنَفْسى نَفْعاً وَلا ضَرّاً، وَلا اَصْرِفُ عَنْها سُوءاً، اَشْهَدُ بِذلِکَ عَلى نَفْسى، وَاَعْتَرِفُ لَکَ بِضَعْفِ قُوَّتى وَقِلَّهِ حیلَتى، فَصَلِّ عَلى مُحَمَّد وَ آلِ مُحَمَّد، وَاَنْجِزْ لى ما وَعَدْتَنى وَجَمیعَ الْمُوْمِنینَ وَالْمُوْمِناتِ مِنَ الْمَغْفِرَهِ فى هذِهِ اللَّیْلَهِ، وَاَتْمِمْ عَلَىَّ ما اتَیْتَنى، فَاِنّى عَبْدُکَ الْمِسْکینُ الْمُسْتَکینُ، اَلضَّعیفُ الْفَقیرُ الْمَهینُ، اَللّـهُمَّ لا تَجْعَلْنى ناسِیاً لِذِکْرِکَ فیـما اَوْلَیْتَنى، وَلا لاِحْسانِکَ فیما اَعْطَیْتَنى، وَلا ایِساً مِنْ اِجابَتِکَ، وَاِنْ اَبْطَاَتْ عَنّى فى سَرّآءَ اَوْ ضَرّآءَ، اَوْ شِدَّه اَوْ رَخآء، اَوْ عافِیَه اَوْ بَلاء، اَوْ بُوْس اَوْ نَعْمآءَ، اِنَّکَ سَمیعُ الدُّعآءِ

“İlahi, mən özümə zərər və xeyir vermək sahibi və xoşagəlməz hadisələri özümdən kənarlaşdırmaq qüdrətinə malik olmayan halda və xar və zəlil bəndə olaraq gecəni keçirdim. Bunu mən özümə şəhadət verir və Sənin qarşında zəif və çarəsizliyimə etiraf edirəm. Belə isə, Məhəmməd və Ali-Məhəmmədə salam göndər və mənə, bütün mömin kişi və qadınlara bu gecədə bağışlanmaqla bağlı vədə etdiklərinə vəfa elə və mənə verdiklərini (nemətlərini) tamamla, həqiqətən, mən Sənin miskin, möhtac, aciz (zəif), əliboş bəndənəm. İlahi, məni mənə nemət verdiklərin şeylər və bəxş etdiklərində Səni yad etməyi unudanlardan etmə!

Hətta uzunmüddətli olsa belə, istər şadlıqda, istər kədərdə, istər çətinlikdə, istərsə də, asayişdə olduğumda, istər sağlamlıqda, istər bəlaya düçar olduğumda, istər əliboş, istərsə də, nemətlər içində olduqda, (duaları) qəbul etməyindən məni naümid eləmə, həqiqətən, Sən duaları eşidənsən! (11)

9. Mərhum Əllamə Məclisi belə buyurur: "Bu gecədə ən yaxşı əməl insanın özü, atası, anası, yaxınları, mömin qardaşları üçün onların həyatda olub-olmamasından asılı olmayaraq, günahların bağışlanması, dünya və axirətləri üçün dua etməkdən ibarətidr. Eyni zamanda, mümkün olduğu miqdarda Peyğəmbər və Ali-Peyğəmbərə (ə) salavat göndərmək lazımdır. Bəzi rəvayətlərdə "Cövşən-kəbir" duasını hər üç gecədə oxumaq tövsiyə olunmuşdur." (12)

-Rəvayətdə qeyd olunub ki, bir şəxs Peyğəmbərin (s) hüzuruna gələrək o həzrətə dedi: "Əgər Qədr gecəsini dərk edə bilsəm, Allahdan nə istəyim?" Peyğəmbər (s) buyurdu: "Sağlamlıq istə!" (13)

Mənbələr:

 1) "Zadul-məad", səh. 180.

2) "İqbal", səh. 167.

3) "Zadul-məad", səh. 185.

4) "İqbal", səh. 186.

5) "İqbal", səh. 186 və "Zadul-məad", səh. 185.

6) "İqbal", səh. 187.

7) "Zadul-məad", səh. 186.

8) "Təhzib", c.6, səh. 49, hədis 26.

9) "İqbal", səh. 186.

10) "İqbal", səh. 186.

11) "Bələdul-əmin", səh. 203.

12) "Zadul-məad", səh. 186 (azacıq fərqlərlə).

13) "Mustədrəkul-vəsail", c.7, səh. 458, hədis 12.


Etiketlər :

Əhya və Qədr Gecələri