Həzrət imam Əli ibn Əbitalibin (əleyhissəlam) şəhadəti

25 December 2024

08:15

۲۵۹

Xəbərin xülasəsi :
Hicri qəməri 1444-cü il, ramazan ayının 21-i, miladi 2023-cü il aprel ayının 12-i imamət səmasının birinci parlaq ulduzu müttəqilərin mövlası həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Əbitalibin (əleyhissəlam) şəhadəti

Hicri qəməri 1444-cü il, ramazan ayının 21-i, miladi 2023-cü il aprel ayının 12-i imamət səmasının birinci parlaq ulduzu müttəqilərin mövlası həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) şəhadət günüdür. Həzrət Əmirəl-mö’minin Əli ibn Əbitalib (əleyhissəlam) həzrət Rəsuləllaha (sallallahu əleyhi və alih) ilk iman gətirən müsəlman və İslam dininin möhkəmlənməsində misilsiz fədakarlıqlar etmişdir. Bu ağır və əzəmətli hüzn və qəmi ilk növbədə həzrət imam Sahib Zaman əleyhissəlama və eləcə də bütün din sevər mömin bacı qardaşlara təsəlli və başsağlığı deyirik.

Həzrət Əli (əleyhissəlam) şəhadətə çatdığı vaxt onun altmış üç yaşı vardı. Artıq o otuz il idi ki, imamət məqamında idi. Həzrət beş ilə yaxın xilafət kürsüsündə oturdu. İmam vəfat etdikdə həzrət Həsən və həzrət Hüseyn (əleyhiməssəlam) atasının cənazəsini dəfnə hazırlayıb Kufə yaxınlığındakı Qəriy adlanan məhəldə  (indiki Nəcəf) dəfn etdilər.

Mərhum Seyyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində deyir: «Həzrəti tanımadan onun kəlamlarını oxuyub düşünən insan elə təsəvvür edər ki, bu sözləri xanənişin bir adam demişdir. Axı mə’nəviyyat dolu bu kəlamların sahibinin qılıncından qan damdığını kim təsəvvür edə bilər?! Bəli, həzrət təzadlı xüsusiyyətlərin toplandığı e’cazkar bir insan idi.

Əhli-sünnə alimi İbn Əbil-Hədid Nəhcül-bəlağənin şərhində yazır: «Biz şücaətli, eyni zamanda bağışlayan insan görməmişik. Təlhə və Zübeyr, Abdullah ibn Zübeyr və Əbdül-Məlik ibn Mərvan şücaətli insanlar idilər. Amma onların şücaəti paxıllıqlarının və hərisliklərinin kölgəsində qalırdı».

Həzrət Əli (əleyhissəlam) misilsiz təvazöyə malik idi. O yalın torpaq üstündə oturduğundan Əbu-Turab (torpaq atası) ləqəbini almışdı. Amma bu sadə insanın savaş meydanındakı heybəti ərəb qəhrəmanlarının bədəninə titrətmə salırdı.

Həzrət Əli (əleyhissəlam) arpa çörəyi yeyirdi və hər dəfə süfrəyə oturanda üç tikədən artıq yeməzdi. Amma həzrətin güclü biləkləri Xeybər qapısını yerindən oynatdı. Mərhəb onun bir zərbəsi ilə canını tapşırdı. Bu barədə həzrət özü belə buyurur: «Kim mənim süfrəmdə arpa çörəyini gördüsə, təəccüb etdi ki, bu qida ilə düşmən qoşununa necə hücum edib onun sıralarını yarıram».

Ərəb cəngavərlərini diz üstə çökürən həzrət Əli (əleyhissəlam) yoxsulları və ehtiyaclıları gördükdə mum tək yumşalır, yetim körpələrlə rastlaşdıqda ağlayırdı.

Əmirəl-mö’minin Əlinin (əleyhissəlam) şəxsiyyətini vəsf etməkdə dil və qələm acizdir.

Həzrət Əli (əleyhissəlam) iman, təqva, zöhd, ibadət və yəqin baxımından misilsiz olmuşdur. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: «Əgər tərəzinin bir gözünə səmalar və yer, o biri gözünə Əlinin (əleyhissəlam) imanı qoyularsa, şübhəsiz ki, onun imanı ağır gələr».

Həzrət Peğyəmbər (sallallahu əleyhi və alih) həzrət Əliyə (əleyhissəlam) buyurur: «Səni Allahdan və məndən başqa kimsə yetərincə tanımadı».

Çoxlu ibadət etdiyinə və uzun səcdələr yerinə yetirdiyinə görə «Səccad» ləqəbi almış imam Zeynalabidin (əleyhissəlam) həzrət Əlinin (əleyhissəlam) haqqında belə buyurur: «Babam Əli (əleyhissəlam) kimi ibadət edən kim ola bilər?!»

İmam Səccad (əleyhissəlam) Yezidin məclisində özünü tanıtdırmaq üçün oxuduğu xütbədə həzrət Əlinin (əleyhissəlam) bə’zi fəzilətlərini sadalamış və demişdir: «Mən, hamıdan güclü, şücaətli, əzmli və iradəli olmuş, döyüşdə şir kimi döyüşən, ona atılan oxları yaran, yaxınlaşan süvariləri dəyirman kimi üyüdən bir şəxsin övladıyam. Qara yel otların üstündən əsdiyi kimi, o da düşmən üstünə şığıyıb onları pərən-pərən etmişdir ».[1]

Həzrətin şücaətini e’cazkar bilən Şeyx Müfid yazır: «Ondan başqa bütün döyüşlərdə qalib gələn cəngavər olmamışdır…[2]

Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) buyurur:

«أیُّهَا النَّاسُ، مَنْ أرادَ أنْ یَنْظُرَ إلى آدَمَ فی عِلْمِهِ وَ إلى نُوح فی فَهْمِهِ وَ إلى إبْراهیمَ فی حِلْمِهِ وَ إلى موُسى فی شِدَّتِهِ وَ إلى عیسى فی زَهادَتِهِ وَ إلى مُحَمَّد وَ بهائِهِ وَ إلى جَبْرَئیلَ وَ أمانَتِهِ وَ إلَى الْکَوْکَبِ الدُّرِّیِّ وَ الشَّمْسِ الضَّحیِّ وَ الْقَمَرِ الْمـُضیِّ، فَلْیَتَطاوَلْ وَ لْیَنْظُرْ إلى هذَا الرَّجُلِ

Ey camaat! Hər kəs həzrət Adəmin elminə, həzrət Nuhun dərkinə, həzrət İbrahimin helminə, həzrət Musanın qüdrətinə, həzrət İsanın zöhdünə, həzrət Muhəmmədə (sallallahu əleyhi və alih) və onun camalınə, həzrət Cəbrailə və onun əmanətdarlığına, parlayan ulduza, hərarətli günəşə, işıq saçan aya baxıb onları dərk etmək istəyirsə, bu şəxsə nəzər salsın! Sonra Əli ibn Əbitalibə (əleyhissəlam) işarə etdi.[3]



Mənbələr:

[1] “Biharul-ənvar”, 45-ci cild, səh.138

[2] “Əl-İrşad”, 3-cü bab, 56-cı fəsil.

[3] Əlamə Mir Hamid Huseyn hindinin “Əbəqatul-ənvar” kitabının xülasəsi, Seyid Əli Milani, səh. 147


Etiketlər :

Həzrət imam Əli ibn Əbitalibin (əleyhissəlam) şəhadəti