Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti
01 April 2025
01:51
۳۲۳
Xəbərin xülasəsi :
آخرین رویداد ها
-
Mübarək Fitr bayramı
-
Həzrət Əmirəl-möminin əleyhissəlamın Fitr bayramı xütbəsi
-
Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
-
Ramazan ayının axırıncı gecəsinin əməlləri
-
Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı
-
Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadətiHicri-qəməri
1444-cü il zil-qəədə ayının sonu, miladi tarixi 2023-cü il iyun ayının 19-u
imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu həzrət İmam Muhəmməd Təqi
əleyhissəlamın şəhadət günüdür. Bu qəmli və qüssəli gün münasibəti ilə ilk
növbədə Əhli-Beyt əleyhimussəlama və Ağamız Vəliyyi-Əsr həzrət Sahib əz-Zamana (Allah
onun müqəddəs zühurunu tezləşdirsin), sonra bütün dünya müsəlmanlarına və Peyğəmbər
xanədanını (sallallahu əleyhi və alih) sevib, onlarının yolunun davamçılarına, xüsusən
xalqımızın mömin və əzadar təbəqəsinə təsəlli və başsağlığı deyirik!
Həzrət imam Muhəmməd Təqi əleyhissəlamın gövhərbar kəlamlarından
“Camaatın nəzərində ədəbin məfhum və mənası, ancaq yüngül və pis danışıqdan
çəkinib, yaxşı və əxlaqlı danışmaqdır. Lakin bu məna, əgər insanı Allah-taalanın
razılığına və Behiştə yaxınlaşdırmasa, heç də etina ediləsi deyil. Həqiqətdə ədəb
odur ki, dinin qaydalarını və şəriət məsələlərini riayət etmək deməkdir. Bu
əsasla, İlahi göstərişləri və şəriət hökmlərini riayət etsəniz, həqiqətən
ədəb-ərkanlı olduğunuz məlum olar.”
Mənbə: İrşadul-qulub, mərhum
Deyləmi, səh. 160