Məhərrəmul-həram, əzadarlıq ayı
24 December 2024
21:44
۲۲۹
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Məhərrəmul-həram, əzadarlıq ayı
Miladi 2023-cü il iyul ayının 19-u hicri-qəməri
1445-ci il məhərrəm ayının 1-i ilə müsadifdir. Məhərrəm ayının gəlib çatması ilə
bütün müsəlmanlara, xüsusən də Peyğəmbər və Ali Peyğəmbərin (sallallahu əleyhi
və alih) istəkli davamçılarına bu ayın əzəmətli şəhidi həzrət Əba Əbdillahil
Huseyn əleyhissəlamın və o həzrətin vəfalı yardımçılarının şəhadəti ildönümünü
böyük hüznlə başsağlığı və təsəlli veririk. Allah-taaladan arzu edirik bu şərəfli
insanların xatirəsini layiqincə yad etməyi həqiqi iman gətirənlərə və Əhli-beyt
aşiqlərinə nəsib etsin, inşa Allah.
Cahillik dövründə məhərrəm ayının hörməti
qorunub riayət olunardı. Lakin özlərini müsəlman adlandıran bir dəstə yırtıcı,
qan tökülməsi haram olan bu ayda həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih)
əziz nəvəsi, Əmirəl-möminin və Siddiqeyi Kubranın (əleyhiməssəlam) gözlərinin
nuru Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamı susuz səhrada ən
yaxın və əziz insanları ilə birgə vəhşicəsinə qətlə yetirmişlər.
Şübhəsiz, bütün varlığını Allaha əta edən, Allah
yolunda ixlasla öz Əhli-beyti və övladlarından keçən imam Huseyn əleyhissəlam ən
əzəmətli İlahi nişanələrdəndir və o Həzrətin xatirəsi ilə bərpa edilən əza məclisləri
də İlahi nişanələrə hörmət və izzətlə yanaşmaq mənasınadır.
Allahdan bütün möminlər üçün imam Huseyn əleyhissəlamın xatirəsini ləyaqətlə yad etmək səadətini və Axirətdə Əhli-beytin (ə) şəfaətini diləyirəm, Amin!