Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü
25 December 2024
20:04
۲۱۶
Xəbərin xülasəsi :
Bismillahir-Rahmənir-Rahim
Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1445-cı il Səfər ayının 3-ü, miladi 2023-cü il avqust ayının 20-i bəzi xəbərlərə əsasən, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, imamət səmasının beşinci ulduzu həzrət Muhəmməd ibn Əli, imam Baqirin (əleyhissəlam) təvəllüd günüdür. Bu sevincli və şad günü bütün müsəlmanlara, o cümlədən, Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə təbrik deyirik və bütün mömin bacı-qardaşlara gözəl və şirin həyat arzulayırıq.
İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynul-abidin (əleyhissəlam), anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. İmam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullah əleyha) nəslinə yetişən ilk imam olmuşdur
Həzrət Baqir əleyhissəlamın dürəfşan kəlamlarından
قالَ الاْمامُ أبوُ جَعْفَر محمّد الباقر (عَلَيه السلام): إذا أرَدْتَ أنْ تَعْلَمَ أنَّ فيكَ خَيراً، فَانْظُرْ إلى قَلْبِكَ فَإنْ كانَ يحِبُّ أهْلَ طاعَهِ اللّهِ وَيُبْغِضُ أهْلَ مَعْصِيَتِهِ فَفيكَ خَيْرٌ، وَاللّهُ يُحِبُّك، وَإذا كانَ يُبْغِضُ أهْلَ طاعَهِ اللّهِ وَ يُحِبّ أهْلَ مَعْصِيَتِهِ فَلَيْسَ فيكَ خَيْرٌ، وَاللّهُ يُبْغِضُكَ، وَالْمَرْءُ مَعَ مَنْ أحَبَّ
“Əgər öz vücudunda xeyir və xoşbəxliyin olub-olmamasını bilmək istəyirsənsə, öz batininə nəzər sal; əgər Allah-taalaya ibadət və itaət əhlini sevir, günah və məsiyət əhli ilə barışmazsansa, demək sənin vücudun səadətlədir və Allah səni sevir; lakin ibadət və itaət əhlinə qarşı barışmaz olub məsiyət əhlinə eşq və əlaqə göstərsən, deməli səndə hec bir xeyir və yaxşılıq yoxdur, Allah da səninlə düşməndir. İnsanın dəyəri onun məhəbbət etdiyi ilə bilinər”.
Mənbə: Usuli-Kafi, cild 2, səh. 103