Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

22 December 2024

16:19

۱۵۳

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il cumadil-ula ayının 5-i, miladi 2023-cü il noyabrın 19-u həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi, iman və təqva, elm və mərifət, səbir, həya və digər insani fəzilətlərlə tamamlanmış, kamil bir insanın, həzrət Zeynəbi-Kubranın (əleyhasalam) təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü

Hicri-qəməri 1445-ci il cumadil-ula ayının 5-i, miladi 2023-cü il noyabrın 19-u həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvələri arasında, vilayət bağının ilk nərgizi, iman və təqva, elm və mərifət, səbir, həya və digər insani fəzilətlərlə tamamlanmış, kamil bir insanın, həzrət Zeynəbi-Kubranın (əleyhasalam) təvəllüd günüdür.

Zeynəbi-Kubranın (əleyhasalam) bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbir, dözüm və dəyanət mənaları gəlsə, bu böyük şəxsiyyətin adı ilk olaraq zehinlərdə hallanır.

Əhli-Beyt əleyhimussəlam üçün böyük sevinc və şadlıq günü olan bu gözəl gün münasibəti ilə öz İlahi vəzifələrini səbir və mətanətlə yerinə yetirməkdə böyük Kərbəla Xanımına iqtida edən bütün mömin bacı və qardaşlara səmimi təbrikləri təqdim edirik.

Varlıq dünyası bəşəriyyətə məna bağışlayan bir ailəyə borculudr. Bütün kainat o ailənin qarşısında baş əyib təzim edir, mələklər onlara səcdə etməkdən çəkinmir. O ailə ilahi nemətlər təcəssümü, Allahın cəlal və cəmal sifətlərinin aynasıdır.

O ailə, Peyğəbmər və onun Əhli-beytidir. Allah-taala məxluqatın yaranma səbəbini onların varlığı ilə izah edib buyurur: “Əzəmətli səma və geniş yerləri, işıqlı günəş, ay və ulduzları, axar dəniz və dəryaları siz Əhli-beyt üçün və sizin məhəbbətinizdən ötrü yaratmışam. (Hədisi-qüdsi)

O ailə hər növ eyb və nöqsandan uzaq olan beş müqəddəs nur, vəhy xanədanı və vilayət ailəsidir. Onlar, Peyğəmbər, Əli, Fatimə, Həsən, və Hüseyndir (sallallahu əleyhim əcməin).

Bəşəriyyətə ülgü olan belə bir ailədə Behişti ətirləndirən bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət bağçasına mənsub olan bu çiçək, Allah yolunda sədaqət və vəfası, şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə bütün Allah yolçuları və xüsusilə, özünü Əhli-beyt davamçısı hesab edən qadınlar üçün iftixarlı və nümunəvi bir sima olacaqdır.

Həzrət Əli və Fatimeyi-Zəhranın (əleyhiməssəlam) Həsən, Hüseyn, Zeynəb, Ümmi Gülsüm və Möhsin (əleyhimussəlam) adlı beş övladı olmuşdur. Bu xanədanın üçüncü övladı Zeynəb (əleyhasəlam) hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.

Zeynəb adı atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və Əhli-Beytin (əleyhimussəlam) fəxri oldu. Odur ki, Zeynəb adı həzrət Əlinin (əleyhissəlam) qızının fədakarlığı sayəsində həmişə gözəl, müqəddəs və əbədidir.

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın özünəməxsus məqam və fəzilətlərinə əsaslanan bir çox ləqəbləri olmuşdur, o cümlədən, “Şərikətul-Huseyn” (əleyhissəlam). Böyük məna daşıyan bu iftixarlı ləqəb, həzrət Zeynəbin (əleyhissəlam) tarixdə son dərəcə əzəmətli bir hadisəni yaşadan yüksək mövqeiyyətinə işarədir. Kərbəla hadisəsinin bəşəriyyətə “Hidayət çırağı” olması iftixarı Allah-taalanın Xanım Zeynəbə (əleyhasəlam) əta buyurduğu ən şərəfli məsuliyyətlərdən biridir. Həmçinin, “Naibətuz-Zəhra” (əleyha səlam) ləqəbi də Əhli-beytin (əleyhimussəlam) Xanım Zeynəbi-Kubraya (əleyhasəlam) göstərdikləri vəsfəgəlməz məhəbbət və hörmətini özündə əks etdirir.

(İltimas dua)



Etiketlər :

Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü