Fatimiyyə günləri
25 December 2024
20:17
۱۴۸
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Fatimiyyə günləri
Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Fatimei-Zəhranın (əleyhasəlam) əzadarlığı münasibətilə təşkil edilmiş “Allahın Məhbubəsi” - şairlər məclisində irad etdiyi bəyanı
Qurani-Kərim həzrət Fatiməni (əleyhasəlam) belə tanıtdırır
(ardı)
Qardaşlar və bacılar, bu ayələri yadda saxlayın.
Allah demək istəyir ki, ey bəşər, əgər Mənim nurumun bir cüzini görmək istəyirsənsə,
Fatiməi-Zəhraya bax, Əliyə bax, Məsum imamlara bax. Bunlar yer üzündə Allahın
nurudur. Həzrət Hadi əleyhissəlam “Camiə” ziyarətnaməsində buyurur: «خلقکم الله أنواراً فجعلکم بعرشه محدقين حتّي
منّ علينا» - Bunlar Allahın nuru və yer üzündə Allah
nurunun nümunəsidirlər. Fatimə Allahın nurudur, necə ki, Peyğəmbər və Əli
Allahın nurudur.
Hədisdən istifadə etmədən bu ayələrin özündən
Əhli-beytin (əleyhimussəlam) məqamını dərk etmək olur. Allah-taala buyurur: Mənim
nurumun məsəli bu xüsusiyyətli olan Mişkatdır və bu xüsusiyyətli mişkatın nümunəsi
də bu evlərdir. Hansı evlər? O evlər ki, «أَذِنَ اللّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ يُسَبِّحُ
لَهُ فيها بِالْغُدُوِّ وَ اْلآصالِ» , Quran uca və aydın səslə buyurur: Ey bəşər!
Baxışın İlahi nurlara olsun, nəzərin Fatiməyə olsun. Mənim nuruma çatmaq, Mənim
nurumdan bəhrələnmək istəyirsənsə, sən Mənim nurumu dərk edə bilməzsən! Amma
yer üzündə Öz mislimi yaratmışam, «هم فاطمة
و ابوها و بعلها و بنوها» - Mənim
mislim, Fatimə, onun atası, həyat yoldaşı Əmirəl-möminin və onun pak
övladlarıdır.
Bir zaman fikirləşirdim ki, Məsum imamların (əleyhimussəlam)
buyurduqları bu hədis: «نحن حجج
الله علی عباده و فاطمة حجةٌ علینا» - Həzrət
Fatimənin imamlar üçün hüccət olmasının mənası nə deməkdir? Bu ayəyə əsasən, həzrət
Fatimə bütün imamları qoruyub hifz edəndir. Fatimə Əlinin mişkatıdır və Əli
misbahdır, Həsən misbahdır, sonuncu imama qədər, onlar hamısı çıraqdırlar. Amma
bu çırağın nurunu və şölələrini qüvvətlə qoruyan və ona xüsusi parlaq və işıq
bağışlayan Fatimədir.
İmam Sadiq əleyhissəlam bir hədisdə buyurur: «أنا فرعٌ من فروع الزیتونة من شجرة مبارکةٍ زیتونة
و قندیل من قنادیل بیت النبوة» - Mən
mübarək zeytun ağacının budaqlarından biriyəm.
Allahın, Peyğəmbərin və imamların nurunun
mişkatı olan və yer üzündə Allah-taala onu Öz məsəli və nümunəsi yaradan Fatiməni
tanımağa və onun ardıcılı olmağa dəyərmi? Onun necə bir varlıq və əzəmət sahibi
olduğunu bilmək münasib olmazmı?
Bu məclisi təşkil etməkdə məqsədimiz də elə
budur ki, zehni cəhətdən və öz dinimizin hörmətli şairlərin zövqü ilə Həzrəti
daha yaxşı tanımağa nail olaq. Məlumdur ki, bu gözəl şerləri bizim üçün yaza
bilən şairlərin qəlbinə və zehninə Fatimənin nuru saçmış və inikas etmişdir.
Allaha şükür olsun ki, iki-üç onillikdə bu ölkədə
Fatimənin səsi dünya əhlinin qulağına yetir. Allahın inayəti İran millətinə, yalnız
şiələrə deyil, əslində müsəlmanlara və bütün bəşəriyyətə şamil olmuşdur, bir
miqdar Fatiməni tanımağa nail olmuşuq ki, Fatimə kimdir? Əziz şairlər mən
bilmirəm Quran ayələrində Fatiməyə aid olan İlahi inayətlər şerlərdə də vardır,
ya xeyr? Cənab Şəriətinin oxuduğu olduqca gözəl şerində bu ünvanların bəziləri
var idi. Bu məsələyə, yəni Fatiməni Quran baxışından tanımağa daha çox diqqət
etməliyik.
Bizim sualımız budur ki, mişkat olan Fatimə,
Allahın nurunun nümunəsi olan Fatimə, Allahın zikrinin edilməsi izni verilən
evlərin mehvəri olan Fatimə, layiqdirmi ona deyilsin sözlərinin doğru olması
üçün şahid gətir? Görəsən, onu məscidə çəkmələri düzgün idimi? Qapı və divar
arasında sıxılmağa layiq idimi? Görən, küçədə üzünə şillə vurulması münasib
idimi? Ey bəşər! Sən bu Allah nuru ilə nə etdin?
O zaman zülm olundu və ən pis zülmlər olundu.
İndi də deyirlər ki, Fatimə barəsində söhbət etməyin! Fatimənin məqamlarını dilə
gətirməyin, Fatimənin məzlumiyyətinə aid danışmayın! Biz danışmayaq, bəs Qurana
nə deyirsiz? Məgər Quran Fatimənin məqamını bəyan etməyibmi? Kövsər surəsini Qurandan
silə bilərsinizmi? Nəyin ardıncasınız? Qəflət yuxusundan oyanın və bu parlaq
nurlardan istifadə edin...
(iltimas dua)