Həzrət Fatimei-Zəhranın (əleyhəssəlam) şəhadəti
25 December 2024
09:11
۱۵۹
Xəbərin xülasəsi :
Ayətullah Fazil Lənkəraninin (ömrü uzun olsun) həzrət Əlinin (əleyhissəlam) Xanım Zəhranın (əleyhəssəlam) fərağında söylədiyi kəlamlar haqda bəyanı
Həzrət Fatimei-Zəhra (əleyhəssəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs Əmirəl-möminin (əleyhissəlam) özüdür
Əlhəmdulillahi Rabbil-aləmin və sallallahu əla Səyyidina Muhəmmədin və Alihit-tahirin
Bu günlər həzrət Fatimei-Zəhranın (əleyhəssəlam) şəhadəti ilə müsadif olduğu üçün bu barədə bir neçə cümlə demək lazımdır.
Allaha şükür olsun ki, son iki onillikdə müqəddəs Qum hövzəsində böyük din mərcələri, məxsusən bizim mərhum atamız həzrət Ayətullah Uzma Hacı Şeyx Məhəmmədfazil Lənkərani (Allah ondan razı olsun) “Fatimiyyə” günlərinin ehyası üçün xüsusi diqqət yetirmiş və böyük addımlar atmışlar. Ələlxüsus çox əhəmiyyətli bəyanları, necə ki, mərhum atam öz vəsiyyətnaməsində buyurub: “Bu aləmdə yerinə yetirdiyim, qəbirdə və Qiyamətdə ona ümidvar olduğum işlərdən biri “Fatimiyyə”nin ehyası və o Həzrətin əzadarlığı üçün olan bəyanlarımdır.”
Əlhəmdulillah yavaş yavaş “Fafimiyyə” mərasimi təsbit oldu. Bu gün isə mənə, sizə və bütün hövzə tələbələrinə vəzifədir ki, bu mövzunu araşdıraq, ayələr və hədislərdə gələn bu böyük və misilsiz şəxsiyyətin məqamının müxtəlif sahələri ilə tanış olaq, ilk növbədə o Həzrət haqda öz mərifətimizi artıraq, sonra da onu xalqa bəyan edək.
Mən hələ də “وَ عَلَی مَعْرِفَتِها دارَتِ الْقُرُونِ الاُولی” hədisinin dəqiq mənasını dərk edə bilmirəm. Məncə, “Leylətul-Qədr” təbiri kimi, necə ki, buyurur: “Fatimei-Zəhra (əleyhasəlam) Leylətul-Qədrdir”, bu da mənası bizə məchul olan ifadələrdəndir. Əlbəttə, kəlmənin ləfzi mənası deyil, əksinə həqiqətini nəzərdə tuturam. Necə ki, Allah-taala peyğəmbərinə buyurur: «وَ ما أَدْراكَ ما لَيْلَةُ الْقَدْرِ» [1] Həzrətin həqiqəti Qədr gecəsinin həqiqəti kimi məchuldur. Odur ki, buyurublar:
"إِنمَا سُمِّیتْ فَاطِمَةَ لِأَنَّ الْخلْقَ فطِمُوا عَنْ مَعْرِفَتِهَا " [2]
Bu təbirlər olduqca təəccüblüdür, yəni Allah-taala elə bir qadın yaratmışdır ki, bəşər Qiyamətə qədər onun mərifətinə çatmayacaqdır. Fatimei-Zəhra (əleyhəssəlam) digər insanlar kimi deyildir. Doğulduğu gündən vəfatına qədər bütün xüsusiyyətləri Allah-taalanın məxsus inayəti və nəzəri əsasında olub.
Həzrət Fatimə (əleyhəssəlam) məclisə daxil olduqda həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) ayağa qalxıb onun istiqbalına getdikdə, əllərini öpdükdə məclis əhlinin diqqətini elə cəlb edir ki, səhabələrdən bəziləri: “Başqalarının gözləri önündə Zəhranın (əleyhəssəlam) əllərini öpməyiniz sizə münasib deyil”-deyə, Peyğəmbərə etiraz edirlər. Peyğəmbər (sallallahu əleyhi və alih) onların cavabında buyurur: “Mən bunu Allahın əmrinə əsasən edirəm.” Allah Rəsulunun (sallallahu əleyhi və alih) bu cavabı da olduqca təəccüblü bir sözdür.
Bizim vəzifəmizdir ki, hər il həzrət Fatimei-Zəhra (əleyhasəlam) barəsində özümüzün, cəmiyyətimizin, xüsusən də cavanların mərifətini artıraq. Çalışaq ki, həzrət Fatimənin (əleyhasəlam) kim olduğunu dərk edək. İnşa Allah bu vəzifəni ən gözəl şəkildə yerinə yetirək. Hər bir şəxs həzrət Zəhranın (əleyhasəlam) əzadarlığı ilə bağlı hər bir iş edə bilərsə, səhlənkarlığa yol vermədən o işi etməlidir. Bacarığı olan söhbət etməli, digəri mərsiyə oxumalı, adi camaat isə qapılarının üstünə bir əzadarlıq parçası bağlasınlar.
Əlbəttə, o əzəmətli Xanımın buna ehtiyacı yoxdur, lakin ona edilən zülmlərə qarşı əzadarlıq edək. Əgər Peyğəmbərdən sonra Allahın ən sevimli xəlqinə edilən zülm və müsibətlər qarşısında sükut etsək və bu böyük faciəyə bitəfavüt olsaq, şiə adlanmağımız səhv olar. Fatimei-Zəhranı (əleyhasəlam) dəfn etdikdən sonra həzrət Əmirəl-möminin əleyhissəlamın cümlələrini dəfələrlə mənbər üstündə oxumusunuz. Həzrət buyurur: “وَ إِلَى اللَّهِ أَشْكُو”, Allah-taalanın dərgahına üz tutub şikayət edir: “أَمَّا حُزْنِي فَسَرْمَدٌ وَ أَمَّا لَيْلِي فَمُسَهَّدٌ”. Bu bir İlahi hüccətin ifadəsidir, necə ki, buyurur: “Artıq hüzn və qəmim daimidir və bu müsibətin şiddətindən gərək gecələr sübhə qədər yas saxlayıb, göz yaşı axıdam.” Fatimei-Zəhra (əleyhasəlam) üçün ilk mərsiyə və rövzə oxuyan şəxs, yoldaşını dəfn etdikdən sonra Həzrətin qəbri kənarında oturub yas saxlayan Əmirəl-möminin (əleyhissəlam) özü olmuşdur.
İki aləmin Xanımının əzəmətini azca da olsa, dərk etmək üçün Həzrətin vəfatında Əmirəl-möminin əleyhissəlamın söylədiyi bu sözlərə diqqət etmək kifayətdir:
“فَلَمَّا نَفَضَ یَدَهُ مِنْ تُرَابِ الْقَبْرِ هَاجَ بِهِ الْحُزْنُ”- Əlini qəbirin torpağından ayırdıqda aləmin qəm-qüssəsi vücudunu bürüdü, “وَ أَرْسَلَ دُمُوعَهُ عَلَى خَدَّیْهِ”- göz yaşları yanaqlarına axdı, bundan sonra Həzrət nə etsin? Ürək sözlərini kimə desin? Dərdini kimlə bölüşsün?
“وَ حَوَّلَ وَجْهَهُ إِلَى قَبْرِ رَسُولِ اللَّهِ (صَلَّى اللَّهُ عَلَیْهِ وَ آلِهِ)” – Peyğəmbərə (sallallahu əleyhi və alih) pənah aparmaqdan başqa yolu yox idi, Peyğəmbərlə (sallallahu əleyhi və alih) danışmaqdan başqa heçnə onu aram etmirdi. Müsibətin şiddətindən üz tutdu Peyğəmbərin (sallallahu əleyhi və alih) qəbrinə və ərz etdi: “السَّلَامُ عَلَیْکَ یَا رَسُولَ اللَّهِ، عَنِّی وَ عَنِ ابْنَتِکَ وَ حَبِیبَتِکَ، وَ قُرَّةِ عَیْنِکَ وَ زَائِرَتِکَ، وَ الثَّابِتَةِ فِی الثَّرَى بِبُقْعَتِکَ” – Ancaq öz tərəfindən deyil, Allah Rəsuluna yeni qonaq olan bu şəxsin tərəfindən də Peyğəmbərə salam verdi. Ziyarətinə gələn əziz qızın və gözünün nuru tərəfindən sənə salam olsun! “الْمُخْتَارِ اللَّهُ لَهَا سُرْعَةَ اللِّحَاقِ بِکَ” – Allah onun sənə sürətlə qovuşmasını istədiyi şəxs tərəfindən salam olsun sənə! Allah onu necə tez aldı bizdən...
(ardını izləyin)