Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) təvəllüdü

25 December 2024

09:31

۱۳۲

Xəbərin xülasəsi :
Hicri qəməri 1445-ci il cumadis-saniyə ayının 20-si, miladi 2023-cü il yanvarın 3-ü Allah-taalanın əzəmət və qüdrət nişanəsi, həzrət Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) gözünün nuru, ürəyinin parası və Əmirəl-möminin əleyhissəlamın sevinci və sirdaşı, on bir imam anası həzrət Fatimei-Zəhranın (əleyhəssəlam) təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) təvəllüdü

Hicri qəməri 1445-ci il cumadis-saniyə ayının 20-si, miladi 2023-cü il yanvarın 3-ü Allah-taalanın əzəmət və qüdrət nişanəsi, həzrət Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) gözünün nuru, ürəyinin parası və Əmirəl-möminin əleyhissəlamın sevinci və sirdaşı, on bir imam anası həzrət Fatimei-Zəhranın (əleyhəssəlam) təvəllüd günüdür.

Bu müqəddəs və iftixarlı gün münasibətilə bütün müsəlmanlara, həmçinin bacı və analara, xüsusən o Həzrətin ədəb, əxlaq və yaşayış tərzini özünə örnək və nümunə bilən möminə xanımlara səmimi qəlbdən təbrik deyir və şadlıq diləyirik.

Əhli-təsənnün mənbələrində həzrət Fatimei-Zəhranın (əleyhəssəlam) fəzilətlərindən

"ما رَضِيْتُ حَتّى رَضِيَتْ فاطِمَة"

Həzrət Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alih) buyurur:

“Mən yalnız Fatimənin razılığı ilə xoşnud olaram” (1)

Həmçinin buyurur:

إذا کانَ یَوْمُ القیامَةِ نادى مُنادٍ: یا أَهْلَ الجَمْعِ غُضُّوا أَبْصارَکُمْ حَتى تَمُرَّ فاطِمَة

Qiyamət bərpa olduqda belə nida olunar: Ey məhşər əhli! Gözlərinizi yumun, Fatimə keçsin.(2)

-------------------

Mənbə:

1- “İmam Əli əleyhissəlamın mənaqibi”, İbni Məğazili, səh. 342

2- Usdul-ğabə, cild-5, səh. 523; Zəxairul-uqba, səh. 48, Kənzul-ummal, cild-13, səh. 91...


İltimas dua



Etiketlər :

Əhli-təsənnün mənbələrində həzrət Fatimei-Zəhranın (əleyhəssəlam) fəzilətlərindən