Həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadəti
25 December 2024
09:04
۲۱۹
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismillahir-Rahmənir-Rahim
Həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadətiHicri-qəməri 1445-ci il, rəcəb ayının 3-ü, miladi 2024-cü il yanvarın 15-i
məşhur nəzərə əsasən, həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadət
günüdür. Bu böyük əza gününü o həzrətin əziz nəvəsi həzrət imam Sahib əz-Zamana
(Allah onun zühurunu tezləşdirsin) təsəlli deyir və Əhli-Beyt əleyhimussəlamın
həqiqi şiələrinə, eləcə də bütün haqsevən insanlara başsağlığı veririk.
Ümid edirik Əhli-beyt məktəbinin davamçıları o həzrətin ziyarətindən məhrum
qalmasınlar və bu şəhadət günündə hüzn-kədərləri ilə Peyğəmbər və Ali Peyğəmbərə
(sallallahu əleyhi və alih) təsəlli olsunlar, inşa Allah.
Həzrət Hadi əleyhissəlamın dürəfşan kəlamlarından
خَيْرٌ مِنَ الخَيْرِ
فاعِلُهُ، وَ أَجْمَلُ مِنَ الْجَميلِ قائِلُهُ، وَ أَرْجَحُ مِنَ الْعِلْمِ
حامِلُهُ، وَ شَرٌّ مِنَ الشَّرِّ جالِبُهُ، وَ أَهْوَلُ مِنَ الْهَوْلِ راكِبُهُ
“Yaxşı işdən üstün olan onu edəndir, gözəl sözdən daha yaxşı onu söyləyəndir, bilik və elmdən üstün olan alimdir ki, o elmin sahibidir, pis və şər işdən daha pisi o işi görəndir və dəhşətli işdən daha pisi dəhşətli işi görəndir.”
Mənbə: Nəzhətun-nazir və tənbihul-xatir, cild-1, səh. 142