Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu

25 December 2024

08:49

۱۴۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-cü il rəcəb ayının 13-ü, miladi 2024-cü il, yanvar ayının 25-i, Allahın sevimlisi, Peyğəmbərin (sallallahu əleyhi və alih) bərhəqq canişini, vəsilərin seyyidi, elmin şəhəri, dinin qoruqçusu, siddiqe əkbər, faruqe əzəm, müvəhhidlərin mövlası, müttəqilərin imamı, ədalət və düzgünlük rəmzi həzrət Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlamın mövlud günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu

Hicri-qəməri 1445-cü il rəcəb ayının 13-ü, miladi 2024-cü il, yanvar ayının 25-i, Allahın sevimlisi, Peyğəmbərin (sallallahu əleyhi və alih) bərhəqq canişini, vəsilərin seyyidi, elmin şəhəri, dinin qoruqçusu, siddiqe əkbər, faruqe əzəm, müvəhhidlərin mövlası, müttəqilərin imamı, ədalət və düzgünlük rəmzi həzrət Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlamın mövlud günüdür.

Bu əzəmətli və şərəfli münasibətlə ilk növbədə Allah-təalanın sonuncu hüccəti həzrət imam Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin) və Əhli-beyt əleyhimussəlama, daha sonra bütün ədalətsevər millətlərə xüsusən, azəri xalqımızın əziz mömin bacı-qardaşlarına təbrik və gözünüz aydın olsun deyirik.

Arzu edirik Allah-təala bütün möminlərə həzrət Əlini (əleyhissəlam) sevənlər sırasında yer versin və qəlbimizdə Əhli-beytin (əleyhimussəlam) məhəbbətini günü-gündən artıq etsin, inşa Allah. Amin ya Rəbbəl-aləmin!

Həzrət Əli (əleyhissəlam) «Amul-fil» ilinin otuzunda (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kəbə evində dünyaya göz açmışdır. Atası Əbu Talib anası Fatimə Əsəd qızı olmuşdur.

Əmirəl-möminin Əli (əleyhissəlam) ömrünün həssas olan mənəvi və fiziki cəhətdən formalaşma dövrünü həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərin evində və onun təlim-tərbiyəsi ilə keçirmişdir.

Həzrət Əli (əleyhissəlam) öz xəlifəlik dövründə «Qasiə» xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurur: «Siz (peyğəmbərlərin səhabələri) mənim peyğəmbər ilə yaxın qohumluğumu və mənim onunla olan xüsusi mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) məni öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O mənə yemək yedizdirərdi.

Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdim. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim.»

Həzrət Əli (əleyhissəlam) başqa bir hədisdə İslamın qəbulunda özünün ilk şəxs olduğuna belə işarə edir: «İlahi! Mən Sənin yoluna gəlmiş ilk şəxsəm. İlk dəfə olaraq mən Sənin xəbərini eşitdim və Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəvətini qəbul etdim. O zaman həzrət Peyğəmbərdən sonra ancaq mən namaz qılırdım.»

Əmirəl-möminin Əliyy ibni Əbitalib (əleyhissəlam)-a ki, buyurur: "Əgər qəzavət kürsüsündə əyləşsəm, Tövrat ardıcıllarına Tövrat əsasında, İncil ardıcıllarına İncil əsasında və Quran ardıcıllarına Quran əsasında elə hökm edərəm ki, onların hər biri nitqə gəlib: "Əli eynilə, bizim din və şəriətimizə əsasən hökm vermişdir!"-deyərlər."

Qurani-Məcid Əli əleyhissəlamın fədakarlığını əbədi tarixə yazaraq bir ayədə bu məsələyə toxunmuş və Əli əleyhissəlamı canını Allah-taala yolunda fəda edən şəxs kimi qələmə vermişdir: «İnsanlardan eləsi də var ki Allah-taalanın razılığını qazanmaq yolunda [Allah Rizası üçün] öz canını fəda edər. Allah-taala Öz bəndələrinə qarşı çox mehribandır.»(1)

1-“Bəqərə” surəsi, ayə 207.


Etiketlər :

Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu