Həzrət imam Musa ibn Cəfərin (ə) şəhadət günü
25 December 2024
09:12
۱۵۲
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
(İstənilən cəhətdə) insanların ən güclüsü olmaq istəyən şəxs, hər bir işdə Uca Allaha təvəkkül etməlidir.
Mənbə: Biharul-ənvar, cild-75, səh. 327, hədis-4
قالَ علیه السلام : اداُ الاْمانَهِ وَالصِّدقُ یَجْلِبانِ الرِّزْقَ، وَالْخِیانَهُ وَالْکِذْبُ یَجْلِبانِ الْفَقْرَ وَالنِّفاقَ
“Əmanətə vəfadarlıq və doğruluq gündəlik inkişafa və ruzinin artımına gətirib çıxarır; Amma əmanətə xəyanət etmək və yalan danışmaq bədbəxtliyə, yoxsulluğa, nifaqa və qəlblərdə zülmətə səbəb olur.”
Tuhəful-uqul, səh. 297
قالَ علیه السلام : ابْلِغْ خَیْرا وَ قُلْ خَیْرا وَلاتَکُنْ إمَّعَه
“İnsanlara xeyirli olun, yaxşı və faydalı sözlər danışın, laqeyd və məsuliyyətsiz şəkildə özünüzü kənara çəkməyin.”
Tuhəful-uqul, səh. 304; Biharul-ınvar, cild-2, səh. 21 və cild-75, səh. 325
Allah-taala Babul-həvaic imam Kazim əleyhissəlamın ehtiramına möminlərin hacətlərin qəbul etsin və onları hər növ xoşagəlməzlikdən qorusun, Amin ya Rabbil aləmin!