Ramazan ayının altıncı gününün duasının qısa izahı

24 December 2024

19:47

۱۳۳

Xəbərin xülasəsi :
İlahi, məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə; qəzəb şallaqları ilə məni cəzalandırma; məni bu gün Öz minnət və qüdrətinlə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının altıncı gününün duasının qısa izahı

اللَّهُمَّ لا تَخْذُلْنِي فِيهِ لِتَعَرُّضِ مَعْصِيَتِكَ وَ لا تَضْرِبْنِي بِسِيَاطِ نَقِمَتِكَ وَ زَحْزِحْنِي فِيهِ مِنْ مُوجِبَاتِ سَخَطِكَ بِمَنِّكَ وَ أَيَادِيكَ يَا مُنْتَهَى رَغْبَةِ الرَّاغِبِينَ

Əllahummə la təxzulni fihi litəərruzi mə`siyətik və la təz­ribni bisiyati nəqimətik və zəh­zihni fihi min mucibati səxətik, bimənnikə və əyadikə, ya muntəha rəğbətir-rağibin.

“İlahi, məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə; qəzəb şallaqları ilə məni cəzalandırma; məni bu gün Öz minnət və qüdrətinlə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu.”

Duada işlənən əsas kəlmələr və ifadələr:

Məsiyət və günah; Qəzəb və İlahi qeyz; Arzu edənlərin son arzusu

Duadan istifadə olunan sifariş və peyğamlar:

1-Günahlar üç qismə bölünür; 1-Etiqad və əqidə günahları, şirk kimi; 2-qəlbin günahları, riya kimi; 3-Əməli günahlar, qeybət və qətl kimi;

2-Allah-taala müqəddəs Quranda buyurur: İnsanın giriftar olduğu hər bir çətinliyin və müsibətin səbəbi onun etdiyi öz əməlləridir; (Şura surəsi, ayə 30)

3-Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurur: “Allah ilə munacat etməyə mane olan və gecə namazını qılmaqdan məhrum edən amil günahdır;” (Biharul-Ənvar, cild-70, səh. 366, bab-138)

4- Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurur: “Günahlardan uzaq olun, çünki günah yaxşılıqları aradan aparır; (Həmin mənbə)

5-Qurani-Kərim Allahın seçilmiş bəndələrinin xüsusiyyətlərindən birini İlahi qəzəbdən və qeyzdən xovf edib, qorxmaq sanır; (Furqan surəsi, ayə 65)

6-Həqiqi mömin Allahın günaha nisbət qəzəbini dərk etdiyi üçün heç vaxt günaha yaxın olmaz;

7-Hər vaxt Allah-taala bir bəndəni sevsə, ona batini rahatlıq və səbir əta edər. (Mizanul-hikmət, cild-2, səh. 223)

(dualarınızda möminləri dua etməyi unutmayın)








Etiketlər :

Ramazan ayının altıncı gününün duasının qısa izahı