Ramazan ayının səkkizinci gününün duasının qısa izahı
24 December 2024
19:57
۱۲۳
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının səkkizinci gününün duasının qısa izahı“اللَّهُمَّ ارْزُقْنِي فِيهِ رَحْمَةَ الْأَيْتَامِ وَ إِطْعَامَ الطَّعَامِ وَ إِفْشَاءَ السَّلامِ وَ صُحْبَةَ الْكِرَامِ بِطَوْلِكَ يَا مَلْجَأَ الْآمِلِينَ”
“Əllahummərzuqni fihi rəhmətəl əytam və it`amət-təam və ifşaəs-səlam və suhbətəl-kiram; bitəvlikə ya məlcəəl amilin.”
Duada işlənən əsas kəlmə və ifadələr:
Yetimlərə mərhəmət göstərmək; Yemək və təam ehsan etmək; Salamı aşkar etmək; Kəramət və hörmət sahibləri ilə həmsöhbət olmaq.
Duanın sifariş və peyğamları:
1-Yetimlərə mərhəmət göstərmək İslam dinində çox sifariş olunan əməllərdəndir. Həzrət Rəsuləllah (sallallahu əleyhi və alih) yetimləri himayəsinə götürənlərin Beheştə getmələrinə zamin olmuşdur. (Vəsailuş-şiə, cild-10, səh. 314)
2-Təam və ehsan vermək qohum-əqrəba və yaxınlar arasında ünsiyyət, dostluq və yaxşılıqların möhkəmlənməsinə səbəb olar.
3-Salam Allah-taalanın adlarından biridir, salam vermək müsəlmanlar arasında dostluq və məhəbbətin artmasına səbəb olur. Salamı aşkar etmək yüksəkdən salam vermək mənasına deyil, əslində o deməkdir ki, insan qarşılaşdığı hər bir şəxsə salam desin və onun salam verməsini gözləməsin. (Ədəb fənaye muqərrəban, cild-1, səh. 1)
4-Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurur: “Əməllərin ən yaxşısı kərəm, şərafət və hörmət sahibləri ilə həmsöhbət olmaq və ən xoşagəlməz əməl isə pis, nalayiq və imansız insanlarla oturub-durmaqdır. (Cameul-əxbar, səh. 185)
Həzrət Əli əleyhissəlam buyurur: “Ağılın səmərəsi xeyirxah insanlarla müaşirət edib ünsiyyətdə olmaqdır.” (Yəni hər bir ağıllı insanın yaşayışında bu xüsusiyyət özünü büruzə verməlidir.) (Ğurərul-hikəm, səh. 53)
Allah-taaladan bütün möminlərin ibadət və dualarının qəbul olmasını diləyirik;
Amin! Ya Rabbil aləmin!