İftar zamanı oxunan dua
24 December 2024
20:27
۱۰۳
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
İftar zamanı oxunan dua
Müstəhəbdir ki, oruc tutan şəxs iftar etməzdən öncə dua etsin. İftar dualarından, o cümlədən, nəql olunur ki, həzrət Əli əleyhissəlam iftar etmək istərkən bu duanı oxuyarmış:
“بِسْمِ اللَّهِ اللَّهُمَّ لَكَ صُمْنَا وَ عَلَى رِزْقِكَ أَفْطَرْنَا فَتَقَبَّلْ [فَتَقَبَّلْهُ] مِنَّا اِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ”
“Bismillah, Əllahummə ləkə sumna və əla rizqikə əftərna, fətəqəbbəl minna innəkə əntəs səmiul əlim.”
“Allahın adı ilə! Səndən ötrü oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar açdıq. Belə isə, onu bizdən qəbul et, çünki Sən eşidən və bilənsən.”
Hər kəs birinci tikəsində:
“بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي”
“Bismillahir-Rəhmanir-Rəhim, ya vasiəl məğfirəti iğfir li”
(Bağışlayan və mehriban Allahın adı ilə! Ey hədsiz bəxşiş sahibi, mənim günahlarımı bağışla!)
-desə, Allah taala onu bağışlayar.
Hədisdə deyilir ki, ramazan ayının günlərinin axırında Allah taala minlərlə bəndəni cəhənnəmdən azad edər. Allahdan bizim də bağışlanan bəndələrdən olmağımızı istəyək.
İltimas dua