Ramazan ayının doqquzuncu gününün duasının qısa izahı

24 December 2024

19:36

۱۲۴

Xəbərin xülasəsi :
İlahi! Bu gün mənə Öz geniş rəhmətindən tam nəsib əta et və məni aydın, qüdrətli bürhan və nur saçan dəlillərinlə hidayət et, mənim alnımdan tutub Öz istədiyin və razılığına səbəb olan əməllərə sövq ver
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının doqquzuncu gününün duasının qısa izahı

اللَّهُمَّ اجْعَلْ لِي فِيهِ نَصِيبا مِنْ رَحْمَتِكَ الْوَاسِعَةِ وَ اهْدِنِي فِيهِ لِبَرَاهِينِكَ السَّاطِعَةِ وَ خُذْ بِنَاصِيَتِي إِلَى مَرْضَاتِكَ الْجَامِعَةِ بِمَحَبَّتِكَ يَا أَمَلَ الْمُشْتَاقِينَ

Əllahumməc`əl li fihi nəsi­bən min rəhmətikəl va­siəh, vəh­dini fihi libəra­hinikəs-sa­tiəh, və xuz binasiyəti ilə mər­zatikəl camiəh, biməhəbbətikə ya əmələl muştaqin.

“İlahi! Bu gün mənə Öz geniş rəhmətindən tam nəsib əta et və məni aydın, qüdrətli bürhan və nur saçan dəlillərinlə hidayət et, mənim alnımdan tutub Öz istədiyin və razılığına səbəb olan əməllərə sövq ver; Öz məhəbbətinlə, ey müştaqların və həsrət çəkənlərin arzusu!”

Duada işlənən əsas kəlmə və ifadələr:

Geniş rəhmət; aydın və möhkəm dəlillər; alnımı sövq ver; İlahi məhəbbət; razılığına səbəb əməllər.

Duanın peyğam və sifarişləri:

1-Allah-taalanın geniş rəhməti dedikdə, məqsəd həm kafirə, həm də möminə şamil olan rəhmətidir. Onun müqabilində xüsusi rəhmətdir, yəni ancaq iman əhlinə məxsus olan rəhmətdir;

2-Həzrət imam Sahibəz-Zaman (Allah onun zühurunu tezləşdirsin) Allah-taalanın geniş rəhmətinin məzhəri və təcəllisidir. Allahın yer üzündə canişini və xəlifəsi olduğu üçün xalqa əta edilən bütün nemətlər onun vasitəsilə çatdırılır;

3-Nur saçan dəlillərdən məqsəd, Qurani-Kərimin müqəddəs ayələri və Əhli-beyt əleyhimussəlamdır;

4-Həzrət imam Sadiq əleyhissəlam buyurur: “Məsum imamlar (əleyhimussəlam) Allah-taalaya mərifət tapmaq qapılarıdır və Allah imamların vücudu ilə Öz hüccətini insanlara tamamladı; (Təvilul ayat, cild-1, səh.86, hədis-72)

5-Allahdan istəyirik ki, bizim alnımızı ancaq Öz müqəddəs zatının müqabilində səcdə etmək üçün torpağa vursun.

6-Allahın razılığı Ona itaət etməyin ardınca gəlir və ən böyük nemətdir. Allahın bəşarət verdiyi vədələr Onun razılığının sayəsində həqiqətə yetirlər. Demək, İlahinin razılığı bütün nemətlərin cəmi və toplusudur.

7-Allah-taalanın məhəbbətinin ən böyük əsəri İlahinin iradəsi, qəza və qədərinə razı olmaqdır, ona görə ki, məhbub hər nə etsə, muhibbin və aşiqin nəzərində gözəldir.

Allah-taala möminlərə Öz razılığını əta etsin, ta ki, Onun məsləhətini canla-başla qəbul edib, ona razı olaq, Amin! Ya Rabbil aləmin!


Möminləri də dua etməyi unutmayın


Etiketlər :

Ramazan ayının doqquzuncu gününün duası