Ramazan ayının on birinci gününün duasının qısa izahı

24 December 2024

20:10

۱۱۳

Xəbərin xülasəsi :
İlahi! Bu gün məni ehsan və yaxşı əməllərə rəğbətləndir, məndə günah və pis işlərə qarşı ikrah yarat, mənə qəzəb və cəhənnəm atəşini haram et
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının on birinci gününün duasının qısa izahı 

اللَّهُمَّ حَبِّبْ إِلَيَّ فِيهِ الْإِحْسَانَ وَ كَرِّهْ إِلَيَّ فِيهِ الْفُسُوقَ وَ الْعِصْيَانَ وَ حَرِّمْ عَلَيَّ فِيهِ السَّخَطَ وَ النِّيرَانَ بِعَوْنِكَ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ

Əllahummə həbbib iləyyə fihil ihsan və kərrih iləyyə fi­hil fusuqə vəl isyan və hərrim ələyyə fihis-səxətə vən-niyran, biəvnikə ya ğiyasəl mus­tə­ğisin.

“İlahi! Bu gün məni ehsan və yaxşı əməllərə rəğbətləndir, məndə günah və pis işlərə qarşı ikrah yarat, mənə qəzəb və cəhənnəm atəşini haram et! Sənin köməkliyinlə, ey pənahsızların ən ulu pənahı!”

Duada işlənən əsas kəlmə və ifadələr:

Ehsan; Günah və pis əməllər; İlahi qəzəbin haram edilməsi.

Duanın sifariş və peyğamları:

1-Həqiqətdə, ehsan insanın özünə qayıdır; (Ehsanın mükafatı qeyri-ehsan ola bilərmi? Ər-Rəhman surəsi, ayə 60)

2-Ata-anaya ehsan etməyin əhəmiyyəti o qədər çoxdur ki, Qurani-Kərimdə bu məsələyə beş dəfə təkid olunmuşdur; (Və bil-validəyni ehsanə-Bəqərə, Nisa, Ənam, İsra və Əhqaf surələri)

Yaxşılıq və ehsan edin, çünki Allah-taala yaxşılıq edənləri sevir (Bəqərə surəsi, ayə 195)

3-Günah, yəni Allahın göstərişindən çıxmaq və insan günaha israr edərsə, nəticədə fisq və pisliklərə düçar olar;

4-Müttəqi və İlahi göstərişlərə əməl edən şəxsə cəhənnəm əzabı haramdır.

İlahi! Bu əziz ramazan ayının gecə-günüzlərində Sənin razılığına və həzrət imam Məhdinin (əleyhissəlam) xoşnudluğuna səbəb olan əməlləri yerinə yetirməyi möminlərə nəsib et. Amin, ya Rəbbəl aləmin!


Etiketlər :

Ramazan ayının on birinci gününün duası