Bəqi qəbiristanında müqəddəs məzarların dağıdılması
24 December 2024
05:40
۱۱۵
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Bəqi qəbiristanında müqəddəs məzarların dağıdılması
Hicri-qəməri 1445 – ci il şəvval
ayının 8-i, miladi 2024-cü il aprel ayının 17-i müqəddəs Mədinə şəhərində yerləşən
Bəqi və Uhud qəbiristanlığında milyonlarla Əhli-beyt (əleyhimussəlam) aşiqlərinin
ziyarət etdikləri Məsum imamların və həzrət Həmzənin (əleyhimussəlam) müqəddəs
qəbirlərinin daşürəkli vəhhabilər tərəfindən vəhşicəsinə dağıdılması tarixidir.
Özlərini dindar və həqiqi müsəlman sayan geri qalmış vəhhabi tayfanın müqəddəs qəbirləri
dağıtmaları səbəbləri, bəzi üzdəniraq alimlərin saxta və əsası olmayan əqidə və
dini baxışlarına söykənir.
Bu ürəkyandıran və qüssəli
gün münasibəti ilə bütün qeyrətli müsəlmanlara başsağlığı deyir və mütərəqqi
Əhli-beyt (əleyhimussəlam) məktəbi və haqq din tərəfdarlarının məzlumiyyəti barəsində
möminlərin daha artıq agahlıq əldə etmələrini arzulayırıq.
Mütəəssib vəhhabilər hicri
1343-cü ildə müqəddəs Məkkə şəhərində həzrət Peyğəmbərin (sallallahu əleyhi və
alih) babası həzrət Əbdul-Müttəlibin, hörmətli əmisi Əbu Talibin, Qurani-kərimin
“möminlərin anası” adlandırdığı Peyğəmbərin əziz xanımı həzrət Xədicənin qəbirlərini,
həmçinin, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və həzrət Fatiməi-Zəhranın
(əleyhasəlam) dünyaya gəldikləri evləri dağıdıb yerlə yeksan etmiş və Ciddə şəhərində
həzrət Adəm peyğəmbərin zamanından saxlanmış anamız Həvva xanımın müqəddəs qəbrini
və başqa qəbirləri və tarixi abidələri –dini əqidələr və inanclara uyğun
olmamaq bəhanəsi altında – vəhşicəsinə dağıtmışlar. Məhz vəhhabilərin belə təsəvvürlərinə
əsaslanan bəzi terrorist törəmələri hazırda müqəddəs İslam dinini bütün dünyada
vəhşi və yırtıcı din kimi tanıtmaq istəyirlər.
Vəhhabilər müqəddəs Mədinə
şəhərində bütün müsəlmanların ən böyük ziyarətgahı, həzrət Peyğəmbərin
(sallallahu əleyhi və alih) şərəfli məzarının günbədini top atəşinə tutmuş və
bu şərəfli məzarı dağıtmaq istəyində olmuşlar. Lakin bir sıra müsəlman ölkələrin
hədə-qorxusundan sonra şərafətli qəbrin dağıdılmasından çəkinmişlər. Buna
baxmayaraq o zamandan indiyə qədər vəhhabi muftilərinin həzrət Peyğəmbərin
(sallallahu əleyhi və alih) müqəddəs qəbrini dağıtmaq arzuları açıq-aşkar
olaraq mətbuatda dərc edilir.
Bu amansız və qarətgər dinsizlərin tarixi ilə daha geniş surətdə tanış
olmaq üçün onların tarixini ətraflı şəkildə qeydə alan mötəbər kitabları mütaliə
etməyi mömin bacı-qardaşlara tövsiyə edirik.
İlahi! Bütün insanlara, o cümlədən, müsəlmanlara sağlam düşüncə və təfəkkürə əsaslanan pak əqidə və saleh əməllər nəsib et, Amin!