Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günü

23 December 2024

22:38

۱۳۴

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il şəvval ayının 25-i, miladi 2024-cü il mayın 4-ü imamət və xilafət səmasının parlaq ulduzu, Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı, İslamın haqq məzhəbinin banisi həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın ürəkyandırıcı şəhadətinin ildönümüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günü

Hicri-qəməri 1445-ci il şəvval ayının 25-i, miladi 2024-cü il mayın 4-ü imamət və xilafət səmasının parlaq ulduzu, Peyğəmbər (sallallahu əleyhi və alih) canişinlərinin altıncısı, İslamın haqq məzhəbinin banisi həzrət Cəfər ibn Muhəmməd əs-Sadiq əleyhiməssəlamın ürəkyandırıcı şəhadətinin ildönümüdür.

Bu əzəmətli və qüssəli müsibəti ilk növbədə zamanın imamı və əsrin mövlası həzrət Hüccət ibn Həsənə (Allah onun zühurunu tezləşdirsin) təsəlli verir, həmçinin bütün möminlərə, xüsusən dəyərli azəri xalqına başsağlığı deyirik.

Ümidvarıq əziz möminlər həzrət Sadiq əleyhissəlamın təlim və tərbiyə məktəbindən kifayət qədər bəhrələnərək Allah-taalaya layiqli ibadət və itaət etməyə nail olacaqlar, İnşa Allah!

Altıncı imam, həzrət Sadiq əleyhissəlamın adı Cəfər, kunyəsi Əbu-Abdullah, ləqəbi Sadiqdir.

Əziz atası İmam Baqir (əleyhissəlam), hörmətli anası isə Ümmü-Fərvə olmuşdur.


Həzrət imam Sadiq əleyhissəlamın təvəllüdü hicri-qəməri 83-cü il, rəbiul-əvvəl ayının 17-si (miladi 702-ci il, aprel ayının 20-si)  və şəhadəti hicri-qəməri 148-ci il, şəvval ayının 25-i (miladi 765-ci il, dekabrın 13-ü) tarixi ilə müsadifdir. Həzrət Sadiq əleyhissəlam altmış beş yaşında, qəsbkar və qaniçən Abbasi xəlifəsi Mənsur Dəvaniqi tərəfindən şəhadətə çatmışdır.

Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığında, əziz atasının məzarı kənarındadır. 

Həzrət Cəfəri-Sadiq (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində imamlıq məqamına yetişmiş və hicrətin yüz qırx səkkizinci ilinə qədər, otuz dörd il müddətində bu müqəddəs məqama sahib olmuşdur. Bu dövr Əməvilər hakimiyyətinin sonu və Abbasilər sülaləsinin əvvəlinə təsadüf edir.

Həzrət Sadiq əleyhissəlam altmış beş yaşında, qəsbkar və qaniçən Abbasi xəlifəsi Mənsur Dəvaniqi tərəfindən şəhadətə çatmışdır.

Bir daha bu müsibətli və qəm-qüssəli günü qəlbində Əhli-beyt əleyhimussəlamın məhəbbəti olan bütün insanlara başsağlığı və təsəlli deyirik.  





Etiketlər :

Həzrət imam Sadiqin (əleyhissəlam) şəhadət günü