Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) təvəllüdü

23 December 2024

22:21

۸۰

Xəbərin xülasəsi :
Hicri qəməri 1445-ci il zil-qədə ayının 1-i, miladi 2024-cü il mayın 10-u Əhli-beytin kəramətli xanımı, həzrət Musa ibn Cəfərin (əleyhiməssəlam) sevimli qızı, imam Rza əleyhissəlamın əziz bacısı həzrət Fatimei Məsumə əleyhasəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir Rahmənir Rahim

Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) təvəllüdü

Hicri qəməri 1445-ci il zil-qədə ayının 1-i, miladi 2024-cü il mayın 10-u Əhli-beytin kəramətli xanımı, həzrət Musa ibn Cəfərin (əleyhiməssəlam) sevimli qızı, imam Rza əleyhissəlamın əziz bacısı həzrət Fatimei Məsumə əleyhasəlamın təvəllüd günüdür.

Bu sevimli gün eyni zamanda qızlar bayramı kimi qeyd olunur. Bu münasibətlə bütün müsəlman qızları, xüsusən Fatimei Məsumə əleyhasəlama məhəbbəti olan möminə xanımları səmimi təbrik edirik.

Həzrət Məsumənin (əleyhasəlam) həyatına qısa baxış:

Həzrət Məsumənin adı: Fatimei Kubradır

Məşhur ləqəbləri: Məsumə, Kərimə (Əhli-beytin kəramətli xanımı)

Atası: İmam Musa Kazim əleyhissəlam

Anası: Nəcmə Xatun (İmam Rza əleyhissəlamın anası)

Doğum günü: hicri qəməri 173-cü il, Zil-qədə ayının 1-i

Həyatı: 28 il

201-ci hicri-qəməridə İrana hicrət etmişdir, hicrət səbəbi əziz qardaşı imam Rza əleyhissəlamın görüşünə yetməsi olmuşdur.

Save məntəqəsinə çatdıqda Abbasilərin hücumuna məruz qalmış və onu müşayiət edənlərinin şəhadətə çatmasını görüb öz tövsiyəsi ilə Rəbiul-əvvəl ayının 23-ü Qum şəhərinə gəlmişdir. 17 gün müddətində bu şəhərdə sakin olmuş və rəbius-sani ayının 10-u vəfat etmişdir.



Etiketlər :

Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) təvəllüdü