Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti

23 December 2024

22:40

۶۴

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-cü il zil-qəədə ayının sonu, miladi tarixi 2024-cü il iyun ayının 7-i imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1445-cü il zil-qəədə ayının sonu, miladi tarixi 2024-cü il iyun ayının 7-i imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür. 

Bu qəmli və qüssəli gün münasibəti ilə ilk növbədə Əhli-Beyt əleyhimussəlama və Ağamız Vəliyyi-Əsr həzrət Sahib əz-Zamana (Allah onun müqəddəs zühurunu tezləşdirsin), sonra bütün dünya müsəlmanlarına və Peyğəmbər xanədanını (sallallahu əleyhi və alih) sevib, onların yolunun davamçılarına, xüsusən xalqımızın mömin və əzadar təbəqəsinə təsəlli və başsağlığı deyirik!

Həzrət Cavad əleyhissəlamın gövhərbar kəlamında

لاتکن وَلِی اللّهِ فِی العَلانيه وَ عَدُوّاً لَهُ فِی السِّرِ

“Aşkarda və zahirdə Allah-taalanın dostu, batində və gizlində isə Onun düşməni olma!”

Mənbə: Biharul-ənvar, cild-75, səh. 365

Hər kim insanlar üçün öz zahirini islah edib, Xaliq üçün batinini fasid (xarab) etsə, həqiqətdə məxluqu ucaltmış, Xaliqi isə kiçiltmiş olur. Belə bir şəxs aşkarda və gizlində Allaha düşmənçilik edən şəxsdən daha da pisdir. Çünki zahirdə Allahın dostu, batində isə düşməni olan şəxsin məqsədi öz şərrini və nifaqını insanlardan gizlədib, onları Allahın qəzəbinə səbəb olan yola istiqamətləndirir, halbuki aşkarda Allah ilə düşmənçilik edən bir şəxs asanlıqla buna nail ola bilmir.


 İltimas dua!


Etiketlər :

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti