Həzrət imam Muhəmməd Baqir əleyhissəlamın şəhadəti

23 December 2024

22:16

۶۳

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il zil-hiccə ayının 7-si, miladi 2024-cü il iyun ayının 14-ü Peyğəmbər sülaləsinin şərəfli nümayəndəsi imamət səmasının beşinci parlaq ulduzu həzrət Muhəmməd ibn Əli, imam Baqir əleyhissəlamın şəhadət günü ilə müsadifdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Muhəmməd Baqir əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1445-ci il zil-hiccə ayının 7-si, miladi 2024-cü il iyun ayının 14-ü Peyğəmbər sülaləsinin şərəfli nümayəndəsi imamət səmasının beşinci parlaq ulduzu həzrət Muhəmməd ibn Əli, imam Baqir əleyhissəlamın şəhadət günü ilə müsadifdir. Bu  ağır və əzəmətli müsibəti ilk öncə həzrət Hüccət Sahib-əz Zaman (Allah onun zühurunu tezləşdirsin), daha sonra bütün dindar və müsəlman xalqlara, xüsusən, azərbaycanlı mömin bacı-qardaşlara təsəlli və başsağlığı deyirik.

İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində, Kərbəla vaqeəsindən təqribən dörd il öncə Mədinə şəhərində dünyaya gəlmişdir. Atası imam Əli ibn Huseyn Zeynul-abidin əleyhiməssəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir Baqirul-ülum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullah əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin imamət dövrü on doqquz, ya da iyirmi il olmuşdur.

İmam Məhəmməd Baqir (əleyhissəlam) öz imaməti dövründə çox çətin bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu imam Cəfər Sadiq əleyhissəlamın imaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (əleyhissəlam) elm, zöhd, (təqva) fəzilət və əzəmətdə bütün Bəni-Haşim böyüklərini üstələmiş onun böyük elmi və əxlaqi məqamı dostun və düşmənin tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən və İmam Hüseyn əleyhiməssəlamın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.

İmam Baqir əleyhissəlamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdır ki, o Həzrət “Baqirul-ülum” (elm qapılarını açan elmi müşkülatı həll edən) ləqəbi almışdı.

Bir daha bütün mömin və möminə bacı-qardaşlara bu böyük müsibət günü münasibətilə başsağlığı deyir və səbir diləyirəm.

İltimas dua!



Etiketlər :

Həzrət İmam Muhəmməd Baqir əleyhissəlamın şəhadəti