Həzrət imam Hadi əleyhissəlamın təvəllüdü
23 December 2024
22:13
۵۲
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Hadi əleyhissəlamın təvəllüdü
Hicri-qəməri 1445-ci il zul-hiccə
ayının 15-i, miladi 2024-cw il iyunun 22-i imamət və vilayət səmasının onuncu
parlaq ulduzu həzrət imam Əli ibn Muhəmməd Hadinin (əleyhiməssəlam) təvəllüd günüdür.
Bu sevimli, fərəhli və şərəfli günün münasibətilə Əhli-beyt əleyhimussəlama,
xüsusən o Həzrətin əziz nəvəsi həzrət imam Sahib əz-Zamana (Allah onun zühurunu
tezləşdirsin) təbrik və sevinc hisslərimizi bildirir, həmçinin bütün müsəlmanlara,
məxsusən Əhli-beyti sevən və yolunun davamçılarına gözünüz aydın və mübarək
olsun deyirik.
Ümid edirik Allah-təala mömin
bacı-qardaşların müqəddəs Qurana, həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih)
və Əhli-beytinə (əleyhimussəlam) məhəbbətli və itaətkar olmaları naminə onlara
həyatda böyük nailiyyətlər və Axirətdə layiqli məqamlar nəsib etsin, inşa
Allah.
Həzrətin adı Əli, əziz atasının adı Muhəmməd (imam Cavad) əleyhissəlam, hörmətli anası isə, xalq arasında Ummul-Fəzl adı ilə tanınmış Səmanə olmuşdur.
Həzrət imam Əliyyən Nəqi əleyhissəlamın
kunyəsi üçüncü Əbul-Həsən, məşhur ləqəbləri isə Nəcib, Hadi, Nəqi, Alim, Əskəri,
Fəqihe Əskəri və İbnur-Riza (əleyhissəlam) olmuşdur.[1]
Sevinc və fərəh gətirən bu
günün münasibəti ilə həzrət imam Hadi əleyhissəlamın dürəfşan kəlamlarında birini
əziz möminlərə təqdim edirik.
Həzrət imam Əli ibn Muhəmməd Hadi (əleyhiməssəlam) buyurur:
"الْغَضَبُ عَلى مَنْ لا تَمْلِكُ عَجْزٌ، وَعَلى مَنْ تَمْلِكُ لُؤْمٌ "
“Qarşıdurma və mübarizə etməyə qadir olmadığın bir kəsin müqabilində əsəbləşib qəzəblənmək, acizlik və zəiflik əlamətidir; lakin üz-üzə gəlib mübarizə etməyə qadir olduğun insanın müqbilində qəzəblənmək isə rəzilət və alçaqlıq nişanəsidir.”[2]