Həzrət İmam Musa ibn Cəfərin (əleyhiməssəlam) viladəti
23 December 2024
23:53
۵۱
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Musa ibn Cəfərin (əleyhiməssəlam) viladəti
Hicri-qəməri 1445-ci il zil-hiccə ayının 20-i, miladi 2024-cü il iyunun 27-i İmamət və Vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) təvəllüd günüdür. Bu böyük və əzəmətli sevinc gününü ilk növbədə İmam Sahibəl-Əsri vəz-Zaman həzrət Məhdiyə (Allah onun zühurunu tezləşdirsin), sonra Əhli-beyt (əleyhimussəlam) məktəbinin həqiqi davamçılarına təbrik və gözünüz aydın deyirik. Ümid edirik əzizlər bu sevinc və fərəh günündə şad olsunlar və öz sevinclərini ailə üzvləri, qohum-əqrəba və dostları arasında bölüşsünlər.
Həzrət imam Musa ibn Cəfər (əleyhiməssəlam) hicri-qəməri 127-ci il 20 zil-hiccə (yaxud 128-ci il səfər ayının 7-i) Əbva adlı bir məntəqədə dünyaya gəlmişdir.
Əziz atası həzrət imam Cəfər Sadiq əleyhissəlam, hörmətli anasının adı Həmidə olmuşdur.
Hicri qəməri 148-ci ildə həzrət Sadiq əleyhissəlam şəhadətə yetdikdən sonra imam Kazim əleyhissəlam 20 yaşında imamət məqamına çatmışdır. İmamət müddəti 35 il olmuşdur. Hicri 183-cü ildə Həzrətin şəhadəti ilə ümmətin imaməti həzrət Rza əleyhissəlama yetişmişdir.