Həzrət Zeynul-abidin əleyhissəlamın şəhadəti
26 December 2024
19:44
۶۴
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Zeynul-abidin əleyhissəlamın şəhadəti
Hicri-qəməri 1446-ci il məhərrəm ayının 25-i, miladi 2024-cü il iyulun 31-i bəzi dini mənbələrə müvafiq olaraq, Kərbəla vaqeəsinin şahidi, imam Huseyn əleyhissəlamın son yadigarı, imam Zeynəl-abidin həzrət Səccad əleyhissəlamın şəhadət gününə müsadif olunur. Bu böyük müsibət gününü zəmanəmizin məsum imamı həzrət Vəliyy Əsr Sahib əz-zamana (Allah onun gəlişini tez etsin), həmçinin bütün Əhli-beyt (əleyhimussəlam) dostlarına təsəlli və başsağlığı deyirik.
Ümid edirik mömin bacı-qardaşlar bu müsibətin yad edilməsində mümkün qədər çalışaraq Peyğəmbər (sallallahu əleyhi və alih) və onun pak Əhli-beyti (əleyhimussəlam) qarşısında olan vəzifələrinə layiqli əməl edəcəklər, inşa Allah.
Həzrət imam Səccad əleyhissəlamın dürəfşan hədislərindən:
رَأیْتُ الْخَیْرَ کُلَّهُ قَدِ اجْتَمَعَ فِی قَطْعِ الطَّمَعِ عَمّا فِی أیْدِی النّاسِ
“Dünya və Axirətin bütün xeyir və yaxşılıqları xalqın əlində olanlara tamah etməməkdədir.”
Mənbə: Usul-Kafi, cild-2, səh. 320